Yazdırma Seçimləri:

Dietik makaron

Verimlilik3 PorsiyonHazırlanma Müddəti10 dəqBişmə Vaxtı20 dəqÜmumi Vaxt30 dəq

Lazım olan ərzaqlar
 ½ dəstə cəfəri
 ½ dəstə nanə
 2 yemək qaşığı zeytun yağı
 duz
 1 çimdik əzilmiş istiot
 zövqə görə pul bibər
Hazırlanma qaydası
1

Makaron bişiriləcək suya 1 yemək qaşığı zeytun yağı əlavə edin.
Zeytun yağlı su qaynamağa başladıqdan sonra buraya bir paket makaron əlavə edin.
Makaron bu suda təqribən 10 dəqiqə qaynasın.
Bundan sonra makaronu süzün.
Pendirdən başqa bütün əzraqları (pomidor, cəfəri, nanə) kiçik - kiçik doğrayın.
Sos tavasına 1 qaşıq zeytun yağı əlavə edin və qabığı soyulub doğranmış pomidorları bu yağda bişirin.
Pomidoru ocağın üzərindən götürməmişdən əvvəl doğranmış cəfəri və nanəni əlavə edin. Sonra ədviyyatları da (duz, istiot, pul bibər) əlavə edin və qarışdırın.
Süzdüyünüz makaronu yemək qabına çəkin.
Makaronun üzərinə pomidor sosu qoyun.
Sonra isə ən üstdən az yağlı pendiri əzin və makarona əlavə edin.
Dietik makaron artıq süfrəyə verilməyə hazırdır.

Qida Dəyərləri

Porsiya 3