
Lazım olan ərzaqlar:
- 2 ədəd iri yumurta,
- 1,5 qəhvə fincanı duru yağ,
- 1,5 qəhvə fincanı süd,
- 1 şorba qaşığı sirkə,
- Yarım çay qaşığı duz,
- 250 q kərə yağı və ya marqarin,
- Yetərin qədər un,
- 1 paket qabartma tozu,
- 250 q nişasta(xəmiri açmaq üçün),
Şərbəti üçün:
- 4 su stəkanı şəkər tozu,
- 4 su stəkanı su,
- 2\1 ədəd limon suyu,
Iç üçün ərzaqlar:
- 1 su stəkanı qoz və ya fındıq içi,
Hazırlanması:
- Şirniyyatın hazırlanmasına şərbətdən başlayın.
- Bir qazana şəkəri və suyu alaraq qaynadın.
- Şərbəti qaynatdıqdan sonra vam odda 10-15 dəqiqə daha 1 saat qaynadaraq üzərinə limon suyu da əlavə edərək ocaqdan alın.
- Yoğurma qabına 2 yumurta,1,5 fincan duru yağ,
- 1,5 fincan süd, 1 şorba qaşığı sirkə, və duzu da əlavə edərək möhkəm qarışdırın.
- Üzərinə qabartma tozu əlavə edin.
- Qulaq məməsi yumşaqlığında bir xəmir yoğurun.
- Üzərini nəm bezlə örtərək 20-25 dəqiqə dincə qoyun.
- Ardından dincələn xəmiri 20 ədəd kündələrə ayırın.
- Hazırlanan kündələri nişastanın yardımı ilə açın.
- Açılan yuxaların arasına nişasta səpərək 10 dənəsini üst -üstə qoyun və təkrar böyük açın.
- Böyük açılan yuxalardan su stəkanının ağzı böyüklüyündə yuvarlaq halqalar kəsin.
- Kəsilən yuvarlaq halqaların içərisinə fındıq və ya qoz qoyaraq poaça şəklində bükün.
- Qalan kündələri də eyni qaydada hazırlayın.
- Sonra yağlanmış fırın tabağına düzün.
- Bir qazanda kərə yağını əridərək şirniyyatın üzərində gəzdirin.
- Əvvəlcədən 180 dərəcə qızdırılmış fırında qızarana qədər bişirin.
- Bir az soyuduqdan sonra üzərinə ilıq çərbət tökərək 1 saat gözləyin və servis edin
Leave a Reply