Yazdırma Seçimləri:

Dolma bibər turşusu

Verimlilik1 PorsiyaHazırlanma Müddəti45 dəqÜmumi Vaxt45 dəq

Dolma bibər turşusu

Lazım olan ərzaqlar
 2 kq dolmalıq bibər
 1 ədəd orta ağ kələm
 56 ədəd uzunsov bibər
 3 ədəd pomidor
 2 ədəd qırmızı bibər
 3 ədəd kök
 30 diş sarımsaq
 ½ dəstə cəfəri
 duz
 1 l su
 3 stəkan sirkə
Hazırlanma qaydası
1

Bütün ərzaqları böyük bir qaba yığın.
Bol su ilə yuyun.
Ardından suyun içərisinə 2 stəkan sirkə əlavə edib 1 saat saxlayın.
Dolmalıq bibərlərin içini tamamən təmizləyin və təkrar yuyun ki, tumu qalmasın.
Kökü rəndənin qalın tərəfi ilə rəndələyin.
Cəfəri, sarımsaq və kələmin yarısını incə bir şəkildə doğrayın.
Pomidor, uzunsov bibər və qırmızı bibərləri fındıq böyüklüyündə doğrayın. Bibərlər xaric bütün ərzaqları qatın.
Dolmalıq bibərlərin içərisinə hazırladığınız qarışığı doldurun.
Yanlarına isə doğranmayan sarımsaqları əlavə edin.
1 litrə suyun içərisinə 50 q su və 1 stəkan sirkə qatıb dolma bibərlərin üzərinə gəzdirin.
Sonra bankalara yığıb ağzını möhkəm bağlayın.
Turşunun tam hazır olması üçün 1 ay vaxt lazımdır.

Nuş olsun!