Yazdırma Seçimləri:

Dondurmalı Maffin

Verimlilik1 PorsiyaHazırlanma Müddəti20 dəqBişmə Vaxtı10 dəqÜmumi Vaxt30 dəq

Dondurmalı maffin (ing. Muffin) - Amerikan keksi. Kiçik ölçülü bu şirniyyatlar dairəvi və ya oval formada olur. Tərkibində meyvə içliyi olur. Maffinin tərkibinə sürtkəcdən keçirilmiş şokalad, darçın, balqabaq, qoz, fındıq, portağal, şaftalı da vurmaq mümkündür.
Maffin təməl olaraq iki növ olur: ingilis və amerika variantı
Maffin ingilis variantı hazırlandığı zaman maya, amerikan variantında isə tərkibində yumşaldıcı olan xəmir və şirniyyat üçün soda istifadə edilir.
Maffin adı ilə əlaqəli iki ehtimal vardır. Birinci ehtimala görə maffin sözü İngiltərədə fransız mənşəli mouflett sözündən götürülmüşdür. Bu sözün mənası yumşaq çörəkdir.
İkinci ehtimala görə isə maffin alman mənşəli bir sözdür. Adını alman çörək növü olan muffle sözündən götürmüşdür.
Amerikaya ilk dəfə maffini ingiltərəlilər gətirmişdir. Hətta Nyu-York şəhərində Maffin House adlı bir çörəkxananın açılması 1880-ci ilə təsadüf edir.

dondurmalı muffin

👉Dondurmalı Maffin Xəmirini Hazırlamaq Üçün Lazım Olan Ərzaqlar
 1 ədəd yumurta
 0,50 stəkan şəkr tozu
 2,50 stəkan dondurma
 2 yemək qaşığı duru yağ
 1,50 stəkan un
 1,50 çay qayığı qabartma tozu
👉 Bəzəmək Üçün Lazım Olan Ərzaqlar
 1 ədəd ağ şokolad
 1 ədəd südlü şokolad
 1 ədəd tünd şokolad
 rəngli draje
 kreker
 qarğıdalı halqaları
👉Dondurmalı Maffin Xəmirinin Hazırlanma Qaydası
1

✅ Mikserin qabına yumurtaları sındırın.
✅ Yumurtaların üzərinə şəkər tozu əlavə edib bir - birinə qarışana kimi mikserlə yaxşıca çırpın.
✅ Şəkərli yumurta qarışığına dondurma və duru yağı əlavə edin və qarışdırın.
✅ Hazırladığınız dondurmalı qarışığı bir qaba boşaldın.
✅ Sonra bu qarışığa qabartma tozunu əlavə edin.
✅ Unu yumurtalı qarışığın üzərinə yavaş - yavaş ələyərək əlavə edin və qarışdırın.

👉Dondurmalı Maffini Bişirmə Qaydası
2

✅ Maffin xəmiri hazır olduqdan sonra maffin bişirəcəyiniz qabları açılıb dağılmaması üçün qəliblərə yerləşdirin.
✅ Bir qaşıq vasitəsi ilə muffin xəmirini qəliblərə tökün.
✅ Sobanı əvvəlcədən 180 dərəcə temperatura isidin.
✅ Maffinləri əvvəlcədən 180 dərəcə isitdiyiniz sobaya yerləşdirin.
✅ Dondurmalı maffinin içi tam bişdikdən sonra üzəri biraz qızarana kimi sobada gözlədin.
✅ Maffinlər tam bişib üstü bıraz qızardıqdan sonra sobadan çıxardın və soyumasını gözləyin.

👉Dondurmalı Maffini Bəzəmək Qaydası
3

dondurmalı muffin

✅ Soyuyan maffini artıq bəzəməyə başlamaq olar.
✅ Ağ və qara şokoladların hər birinin üzərinə azca duru yağ əlavə edərək əridin.
✅ Tünd şokoladı isə rəndələyin ki, maffinlərin üzərinə səpə biləsiniz.
✅ Bişirmə kağızının üzərinə ağ şokoladdan qaşıqla kiçik - kiçik damcı formasında tökün.
✅Donmasını gözləyin.
✅ Qara şokoladla isə ağ şokoladların üzərinə bir nöqtə qoyun.
✅ Soyuyan maffinlərin üzərinə qara şokoladı sürtərək şokolad rəndəsindən səpin.
✅ Sonra maffinlərin üzərinə ağ şokoladları göz kımı qoyun və qulaq yerinə korjlar qoyun.
✅ Ağzı üçün isə qarğıdalı halqalarının içərisinə draje qoyun.
✅ Muffinləriniz hazırdır.
✅ Uşaqların sevdiyi bir şirniyyatdır.

Nuş Olsun!