Yazdırma Seçimləri:

Döşəməli aş

Verimlilik1 PorsiyaHazırlanma Müddəti40 dəqBişmə Vaxtı2 dəqÜmumi Vaxt3 dəq

Döşəməli aş

Lazım olan ərzaqlar
 4 stəkan uzun düyü
 1 ədəd toyuq
 500 q təmizlənmiş şabalıd
 1 ədəd baş soğan,
 1 stəkan kişmiş
 10 ədəd albuxara
 10 ədəd qaysı
 ½ çay qayığı sarıkök ya da zəfəran
 4 yemək qaşığı əridilmiş kərə yağı
 duz,
 istiot
Hazırlanma qaydası
1

Döşəməli aş

Təmizlənmiş şabalıdın üstünə duz səpib yağda azca qovurun.
Sonra üstünə yuyulmuş albuxaranı və qaysını əlavə edin.
Təmizlənib yuyulmuş kişmişi töküb azacıq qovurun.
Düyünü adi qaydada duzlu suda bişirib süzün.
Üstünə zəfəran ya da sarıkök tökün.
Plovu dəmə qoyacağınız qazanı götürüb yağı töküb qızdırın.
Toyuq ətini qazanın dibinə yığın (Toyuğu əvvəlcə duzlu suda bişirin).
Soğanın qabığını soyub nazik halqa ya da dörd bölüb doğrayn.
Sonra ətin üstünə doğranmış soğanı əlavə edib duz və istiot səpin.
10 dəqiqə kimi vam odda bişirin.
Sonra üstünə süzülmüş düyünün yarısını tökün.
Tökdüyünüz düyünün üstünə şabalıd qovurmanızı tökün.
Qalan düyünün yarısını üstünə tökün.
Yağ əlavə edib vam odda dəm almağa qoyun.
Plov 1-1,5 saata dəm alacaq.
Zövqə görə hazır plovu qaba yığıb bəzəyə də bilərsiniz.
Yaxud da siniyə çevirib süfrəyə verə bilərsiniz.
Qeyd:
Əgər toyuğu bişməmiş istifadə etsəniz onda plovu az vam odda 2 saata yaxın dəmdə saxlamaq lazımdır.

Nuş olsun!