Yazdırma Seçimləri:

Dovğa

Verimlilik1 PorsiyaHazırlanma Müddəti30 dəqBişmə Vaxtı55 dəqÜmumi Vaxt1 saat 25 dəq

Dovğa

Lazım Olan Ərzaqlar
 200 ml qatıq
 40 q xama
 1 yemək qaşığı ağ buğda unu
 20 q düyü
 quzuqulağı
 ispanaq,
 keşniş
 şüyüd
 digər göyərtiləri də (zövqə görə) istifadə etmək olar
 25 q noxud
 duz
Dovğa Üçün Ərzaqların Yığılması
1

✅Noxudu təmizləyib yuyun.
✅Lazım olan göyərtiləri təmizləyib yuyaraq mətbəx dəsmalının üzərinə yığın.
✅İstifadə edəcəyiniz duzu kasaya yığın.
✅İstifadə edəcəyiniz qatığı qarışdırma qabına yığın.
✅İstifadə edəcəyiniz yumurtanı yuyub mətbəx dəsmalının üzərinə alın.
✅İstifadə edəcəyiniz xamanı kasaya yığın.

Dovğa Üçün Ərzaqların Yığılması
2

✅ Dovğa bişirmək üçün əvvəlcə noxudu təmizləyib suda islandın.
✅ Noxudun islanması üçün təqribən ən azı 3-5 saatvaxt lazımdır.
✅ Sonra noxudlar bişənə qədər qaynadın.
✅İstifadə edəcəyiniz unu kasaya ələyin.
✅Yumurtanı kasaya sındırın.

Dovğanın Bişirilməsi
3

✅ Bununla yanaşı, xörəkdə keşniş və şüyüdün də xoş, iştahaçan iyi hiss edilməlidir.
✅ Ayrı bir qabda qatıq, xama və unu yaxşıca qarışdırın.
✅ Qarışığın üzərinə duyu və yumurta əlavə edib onları da qarışdırın.
✅ Qatıqlı qarışığı vam odda ara vermədən qarışdıraraq qaynayana qədər yavaş - yavaş bişirin.
✅ Qarışdırmaq vacibdir.
✅ Çünki belə edilmədiyi təqdirdə dovğa çürüyər.

✅ Xörəyin bişməsinə az qalmış (təqribən 10 dəqiqə) doğradığınız quzuqulağını, keşnişi, şüyüdü və ispanağı dovğaya qatın.
✅ Bundan sonra duzu da əlavə edib bişənə qədər qaynadın.
✅ Xörək bişdikdən sonra dadı bir az turşməzə olmalıdır.

Nuş Olsun!