Ən gözəl qonaqlıq süfrələrinin baş tacı olacaq qədər ləzzətli bir yemək reseptini sizlərə təqdim edəcəyik. Toyuq dolması tərifi.Ən hörmətli qonağınızı rahatlıqla qarşılaya biləcəyiniz və qonaqları özünə heyran edən bir yemək reseptidir.
Hazırlanması bir az əziyyətli olsada hər kəsi məmnun edəcək doyumlu bir yeməkdir toyuq dolması.Ən gözəl günlərinizdə , bayram süfrələrinizdə göz oxşayan bu yemək tərifini sizlərədə yaxınlarınızla birlikdə hazırlamağı arzu edirik.
✅ İstifadə edəcəyiniz soğanı soyub kasaya yığın.
✅ İstifadə edəcəyiniz düyünü ayırtlayb yuyun və suyunu süzün.
✅ Lazım olacaq toyuq ətini təmizləyib yuyun.
✅ Lazım olacaq duzu kasaya yığın.
✅ Yeməyi bişirmək üçün lazım olacaq suyu bir şüşə bankaya süzün.
✅ İçərisinə qatacağınız fıstığı təmizləyib kasaya yığın.
✅ İstifadə edəcəyiniz şüyüdü yuyub mətbəx dəsmalının üzərinə yığın.
✅ Lazım olacaq kərə yağını kasaya yığın.
✅ Arzuya görə istifadə edəcəyiniz ədviyyatları kasaya yığın.
✅ Hazırladığınız soğanı yeməklik doğrayın.
✅Şüyüdü kiçik-kiçik doğrayın.
✅ Toyuq ətlərini bıçaqla açdıqdan sonra ət döyəcəyi ilə incəldin.
✅ Duz, istiot səpin.
✅Dolmanı bişirəcəyiniz qabı azca yağlayın.
✅ 1 yemək qaşığı zeytun yağı ilə bir yemək qaşığı kərə yağını əridin.
✅ Yeməklik doğranmış soğan ilə fıstıqları 2-3 dəqiqə qovurun.
✅ Düyünü əlavə edərək qarışdırmağa davam edin.
✅ Şüyüd xariç bütün ədviyyatları duz və suyu əlavə edin .
✅ Qapağı qapalı olaraq plov suyunu çəkənə qədər bişirin.
✅ Plov tamamən suyunu çəkincə atəşi qapatıb şüyüdü əlavə edib soyumağa buraxın.
✅ Əzilmiş toyuq ətlərinin içlərinə plovu doldurub alüminiyum folyo ilə yaxşıca qapadın .
✅ Soba qabına düzüb yarısına gələcək qədər isti su əlavə edin və 200 dərəcə sobada 30 dəqiqə bişirin.
✅ Sobadan çıxartdığınız toyuqları folyodan çıxardın və az kərə yağı əlavə etdiyiniz yapışmaz tavada bir neçə dəqiqə qızardın.
✅ Dilimləyərək isti halda servis edin.