Yazdırma Seçimləri:

Duzda balıq

Verimlilik1 PorsiyaHazırlanma Müddəti20 dəqBişmə Vaxtı50 dəqÜmumi Vaxt1 saat 10 dəq

Duzda balıq

Lazım olan ərzaqlar
 1 ədəd böyük balıq
 3 stəkan qaya duzu
 3 ədəd yumurta ağı
 23 ədəd dəfnə yarapağı
 duz
 istiot
Hazırlanma qaydası
1

Balığınızı yuyun.
Arasını açıb içinə bir az duz (çünki balığın çölündəki duz içərisinə keçmir), dəfnə yarpağı və istiot vurun.
Duzu bir qaba alıb yumurta ağı ilə qarışdırın.
Gərəkirsə bir az daha su əlavə edin.
Balığın üzərinə sürtülə biləcək bir qatılığa gətirin.
Ancaq çox sulu etməyin.
Balığın sığa biləcəyi böyüklükdə bir qabin içinə 2 qat folyo və ya yağlı kağız sərin.
Duzdan bir az folyonun üstünə yayın.
Balığın hər yerinə duz dəyməlidir.
Balığı bir neçə yerindən bağlayın.
Üzərinə də iki dənə dəfnə yarpağı qoyun.
Duzu üzərinə çəkin.
Geri qalan duzla balığın hər tərəfini örtün.
Açıq bir yer qalmamalıdır.
Quyruğunu çox dərin olmamaq şərtiylə kəsə bilərsiniz.
Duz mümkün olduqca incə bir qat olmalıdır.
200 dərəcə qızdırılmış sobada ən azından 40-45 dəqiqə bişirin.
Sobadan çıxartdığınız balığın kənar yerlərindən başlayaraq çəkic yardımıyla ufaq- ufaq qırın.
Çox zərbə ilə vurmayın.
Çünki bəzı yerlər qəlıb halında çıxacaqdır.
Balığı yavaşça düzün içindən alın.
Üst dərisini çıxardın və ətlərini didikləyərək servis tabağına alın

Nuş olsun!