Yazdırma Seçimləri:

Duzlu, İçli Kurabiyə

Verimlilik5 PorsiyonHazırlanma Müddəti45 dəqBişmə Vaxtı25 dəqÜmumi Vaxt1 saat 10 dəq

duzlu, içli kurabiyə

Lazım Olan Ərzaqlar
 500 q un
 1 ədəd yumurta
 200 q kərə yağı
 2 yemək qaşığı duru yağ
 1 paket qabartma tozu
 2 yemək qaşığı qatıq
 10 q şəkər tozu
 12 q duz
 ədviyyat
Hazırlanma Qaydası
1

✅ Yumşalmış kərə yağını, maye yağı, qatığı, yumurtanı dərin bir qabda qarışdırın.
✅ Unu dəzgahın üzərinə töküb ortasını açın.
✅ Hazırladığınız ərzaqları unun ortasında açılan oyuğa tökün.
✅ Qabartma tozunu una qarışdırın.
✅ Dəzgahın üzərindəki una toz şəkəri ,ədviyyatları da əlavə edərək yavaş-yavaş yoğurun.
✅ Hazırladığınız iç üçün olan ərzağı pendirli hazırlayarsınızsa ona yumurtanın ağını da əlavə edin.
✅ Hazırladıqdan sonra xəmiri dincə qoyun.
✅ Dincə qoyduğunuz xəmiri kiçik kündələrə ayırın.
✅ Həmin kündələri əlinizlə açın yəni yayın.
✅ Hazırladığınız içi uzununa açdığınız kiçik yaymaların içinə qoyub bükün.
✅ Soba sinisini yağlayın və bükdüyünüz qurabiyyələri siniyə yığın.
✅ Əvvəlcədən qızdırdığınız sobada üzərləri qızarana qəbər bişiri.

Nuş Olsun!
Qida Dəyərləri

Porsiya 0