Yazdırma Seçimləri:

Edamer Pendirli ,Bibərli ,Göbələkli Asan Pizza

Verimlilik1 PorsiyaHazırlanma Müddəti15 dəqBişmə Vaxtı20 dəqÜmumi Vaxt35 dəq

Asan Pizza Hazırlamaq Üçün Lazım Olan Ərzaqlar
 hazır pizza xəmiri
 40 q mayonez
 40 q ketçup
 200 q Edamer pendiri
 3 ədəd duzlu xiyar
 1 ədəd bibər
 duz
 istiot
Asan Pizza Üçün Lazım Olan Ərzaqların Yığılması
1

✅Lazım olan göbələkləri təmizləyib yuyaraq bir az suda saxladıqdan sonra suyunu süzərğk mətbəx dəsmalının üzərinə yığın.
✅Lazım olan Edamer pendirini kasaya yığın.
✅İstifadə edəcəyiniz hazır pizza xəmirini bir siniyə yığın.
✅İstifadə edəcəyiniz mayonez və ketçupu ayrıca kasalara yığın.
✅Lazım olan duzlu xiyarı kasaya yığın.
✅İstifadə edəcəyiniz bibərləri yuyub mətbəx dəsmalının üzərinə yığın.
✅İstifadə edəcəyiniz duz və istiotu ayrıca kasalara yığın.

Asan Pizza Üçün Lazım Olan Ərzaqların Hazırlanması
2

✅İstifadə edəcəyiniz göbələkləri doğrayıb kasaya yığın.
✅İstifadə edəcəyiniz duzlu xiyarı kiçik-kiçik doğrayın.
✅Bibərləri də halqavari şəkildə doğrayın .
✅Edamer pendirini sürtkəcdən keçirin.
✅Ketçup və mayonezi bərabər miqdarda qarışdırın.
✅Pizzanı bişirəcəyiniz qabı yağlayın.

Asan Pizzanın Hazırlanması
3

✅Hazır pizza xəmirinin üzərinə ketçup və mayonez qarışığını bərabər miqdarda yayın.
✅Bundan sonra sürtkəcdən keçirilmiş Edamer pendirini əlavə edin.
✅Pendirin üzərindən əvvəlcədən doğranmış göbələkləri düzün.
✅Bundan sonra sırası ilə doğranmış bibər və xiyarlari düzün.
✅Duz, istiotu da əlavə edin.

Asan Pizzanın Bişirilməsi
4

✅Sobanı əvvəlcədən 190 dərəcə temperaturda qızdırın.
✅190 dərəcə qızdırdığınız sobada ərzaqlar bişənə qədər saxlayın.
✅Ərzaqların bişdiyinə əmin olduqdan sonra pizzanı sobadan çıxardın.

Asan Pizzanın Servis Edilməsi
5

✅Hazır pizzanı isti-isti servis edə bilərsiniz.
✅Sabah qəhvəaltısı zamanı çayla birlikdə servis edə bilərsiniz.

Nuş Olsun!