Yazdırma Seçimləri:

Ədviyyatlı Balıq Kotleti

Verimlilik1 PorsiyaHazırlanma Müddəti20 dəqBişmə Vaxtı10 dəqÜmumi Vaxt30 dəq

Balığın bu halına bayılacaqsınız! Ədviyyatlı balıq küftəsi ağzınızı dadlandıracaq. Bu reseptimizlə sizlərə sağlıqlı bir yemək təqdim edəcəyimiz üçün çox məmnunuq.

ədviyyatlı balıq küftəsi

🐟Ədviyyatlı Balıq Kotleti Üçün Lazım Olan Ərzaqlar
 500 q balıq
 6 ədəd təzə soğan
 4 ədəd quru soğan
 ½ dəstə cəfəri
 ¼ dəstə şüyüd
 1 ədəd yumurta sarısı
 1 ədəd rəndələnmiş limon qabığı
 1 çay qayığı köri
 1 çay qayığı duz
 1 çay qayığı istiot
 ½ stəkan ufalanmış köhnə çörək içi, və ya yarım stəkan suxarı
Qızartmaq Üçün
 duru yağ
Servis Üçün
 1 ədəd böyük soğan
 1 ədəd sarı rəngli dolmalıq bibər
 1 ədəd qırmızı dolmalıq bibər
 5 ədəd cəfəri
 4 yemək qaşığı zeytun yağı
 ½ yemək qaşığı limon suyu
 duz
🐟Ədviyyatlı Balıq Kotleti Üçün Ərzaqların Hazırlanması
1

✅ İstifadə edəcəyiniz şüyüdü və cəfərini təmizləyib yuyun.
✅Suyunu verməsi üçün mətbəx dəsmalının üzərinə yığın.
✅Suyu quruyan şüyüdü və cəfərini kiçik-kiçik doğrayın.
✅ Balığın dərisini və qılçıqlarını təmizlədikdən sonra yuyun.
✅Suyunu qurutduqdan sonra balığı kiçik parçalara ayırın.
✅Soğanları soyub kiçik-kiçik doğrayın.

🐟Ədviyyatlı Balıq Kotletinin Hazırlanması
2

✅Qiymə halına gələn balıq parçalarını dərin bir qarışdırma qabına alın.
✅Doğradığınız soğanları, şüyüdü, cəfərini, yumurta sarısını,suxarını,rəndələnmiş limon qabığını, köri, duz və istiotu da balığın üzərinə əlavə edin.
✅ Bütün ərzaqları yaxşı-yaxşı qarışdıraraq yoğurun.
✅ Hazırladığınız küftə ərzağından qoz böyüklükdə parçalar ayırıb əlinizlə yuvarlaq hala salın.
✅ Əlinizlə bastıraraq küftə şəkli verin.
✅ Bütün ərzaq bitənə qədər eyni işləmi yerinə yetirin.

🐟Ədviyyatlı Balıq Kotletinin Bişirilməsi
3

Duru yağı geniş altlıqlı bir tavada qızdırın.
Balığı sevdirəcək olan küftələri qızğın yağda qızılı sarı rəng alana qədər hər iki üzünü qızardın.
Artıq yağını verməsi üçün kağız dəsmal üzərinə yığın.

🐟Ədviyyatlı Balıq Kotletisinin Servis Edilməsi
4

Dadlandırmaq üçün soğanı bir miqdar duz ilə ovub suyunu sıxın və bir qaba alın.
Doğranmış bibərləri və doğranmış cəfərini də əlavə edib qarışdırın.
Zeytun yağı və limon suyunu əlavə edib qarışdrın.
Balıq küftəsi ilə birlikdə servis edin.
Ədviyyatlı balıq küftəsini, evdə hazırlanan humus ilə birlikdə servis edə bilərsiniz.
İstər salatın yanında,istər tək başına, istəsəniz də makaronun yanında yeyin.

Qeyd:
5

✅İstifadə edəcəyiniz balıqların qılçığını mütləq təmizləyin.
✅Tərifə başlamadan öncə balıqları sudan keçirdə bilərsiniz.
✅Balığın yanında hazırlayacağınız salatın içərisinə nanə yarapqları qoyun.
✅Bununla da iyin qarşısını ala bilərsiniz.
✅ Hazırladığınız küftələri suxarı ununa batırıb sobada da qızarda bilərsiniz.

Nuş Olsun!
Qida Dəyərləri

Porsiya Miqdarı 4

Porsiya 0


Porsiya Başına Miqdar
Kalori 115