Yazdırma Seçimləri:

Ədviyyatlı Kartof

Verimlilik6 PorsiyonHazırlanma Müddəti30 dəqBişmə Vaxtı20 dəqÜmumi Vaxt50 dəq

Daha xırt-xırt və ləzzətli bir kartof qızartması reseptini sizlərə təqdim edəcəyik. Dadına doya bilməyəcəyiniz bu kartof qəzartmasının yeri başqadır. İstədiyiniz ədviyyatlarla hazırladığınız kartof qızartması süfrənizin baş köşəsində yer alacaq bir yeməkdir.

kartof qızartma

🍟Lazım Olan Ərzaqlar
 4 ədəd kartof
 duz
🍟 Servis Üçün
 2 yemək qaşığı kəklik otu
 1 çimdik istiot
 arzuya görə istədiyiniz ədviyyat istifadə edə bilərsiniz
🍟 Qızartmaq Üçün
 2 stəkan duru yağ
🍟 Ərzaqlrın Hazırlanma Qaydası
1

✅Kartoları yuyub təmizlədikdən sonra qabıqlarını soyun.
✅Qabıqlarını soyduğunuz kartofları düzbucaqlı şəklində doğrayın .
✅ Düzbucaqlı şəklində kəsdiyiniz kartofları qızartmaq üçün nazik barmaq şəklində doğrayın.
✅ Doğradığınız kartof dilimlərinin nişastası getməsi üçün üzərinə duzlu və soyuq su əlavə edib bir az suda saxlayın.
✅ Suda saxladığınız kartofların suyunu süzün və bir mətbəx dəsmalının üzərinə yığın.

🍟 Ədviyyatlı Kartofların Bişirilməsi
2

✅ Kartofları qızardacağınız yağı dərin bir tavaya yaxud da qazana alıb yavaş-yavaş qızdırın.
✅ Suyunu süzüb kağız dəsmal üzərində suyunu qurtduğunuz kartofları vam odda 3-4 dəqiqəyə yaxın bişirin.
✅ Kartofları qarışdırmadan və qızartmadan bişirin.
✅ Bişirdiyiniz kartofları kağız dəsmal sərdiyiniz servis tabağına alın.
✅ Yağın altını qapadın.
✅ Bişirdiyiniz kartofların soyumasını gözləyin.
✅ Arzuya görə bu əsnada onları toz ədviyyatlarla dadlandırın.

🍟 Ədviyyatlı Kartofların Qızardılması
3

✅ Bişdikdən sonra soyumağa qoyduğunuz kartofları qızartmaq üçün hazırlayın.
✅ Kartofları qızardacağınız yağı yaxşıca qızdırın.
✅ Qızdırdığınız yağda kartoflar qızılı rəng alana qədər qızardın.
✅ Qızartdığınız kartofların ləzzətli olması üçün bir az duz əlavə edin.

🔴 Diqqət
4

Eyni miqdarda və bərabər sürətdə qızarması üçün doğradığınız kartofları eyni ölçüdə , bərabər qalınlıqda olmasına diqqət edin.
Bişirdiyiniz kartofları otaq temperaturunda soyutduqdan sonra üzərinə azca un ələyib yenidən qızartdığınız yağda qızarda bilərsiniz.
Un kartofa kövrəklik verəcəkdir.
Doğradığınız kartofları bir neçə dəfəyə qızartmağa çalışın.

🍟 Ədviyyatlı Kartofların Servis Edilməsi
5

Ədviyyatlı kartofu qızartdıqdan sonra soyutmadan küftə ilə və ya istədiyiniz bir yeməklə servis edə bilərsiniz.
Kartof qəzartmasını acı qırmızı bibərlə və ya ketçupla da servis edə bilərsiniz.

Nuş Olsun!
Qida Dəyərləri

Porsiya Miqdarı 1

Porsiya 0


Porsiya Başına Miqdar
Kalori 980Yağdan Kalori 300
% Gündəlik Dəyər *
Toplam Yağ 90g139%

Doymuş Yağ 70g350%
Trans Yağ 10g
Xolesterol 10mg4%
Natrium 20mg1%
Kalium 20mg1%
Toplam Karbohidrat 10g4%

Diet Lifi 20g80%
Zülal 120g240%

A Vitamini 10%
C vitamini 10%

* Yüzdə Gündəlik Dəyərlər 2000 kalorili pəhrizə əsaslanır. Gündəlik dəyəriniz kalori ehtiyacınıza görə daha yüksək və ya daha aşağı ola bilər.