Yazdırma Seçimləri:

Ədviyyatlı Pomidor Mürəbbəsi

Verimlilik1 PorsiyaHazırlanma Müddəti30 dəqBişmə Vaxtı1 saatÜmumi Vaxt1 saat 30 dəq

Fəsillərdə banka -banka hazırlayıb dolabları rəngləndirən mürəbbələr. Kilo almaq qorxusuyla onları çox da tükətdiyimiz söylənməz. Şəkər yardımıyla dadlanan bu mürəbbələr düzgün saxlandığında aylarla bizim çay süfrələrimizi bəzəyir.

ədviyyatlı pomidor mürəbbəsi

Ədviyyatlı Pomidor Mürəbbəsi Üçün Lazım Olan Ərzaqlar
 500 q cherry pomidor
 500 q şəkər
 1,50 stəkan su
 2 ədəd limon
 0,50 q damla saqqızı
 1 ədəd darçın çubuğu
 5 ədəd mixək
 100 q duzsuz badam
Pomidor Mürəbbəsi Üçün Ərzaqların Yığılması
1

✅Pomidoru təmizləyib yuyaraq mətbəx dəsmalının üzərinə yığın ki, suyu qurusun.
✅ Mürəbbə üçün lazım olacaq şəkır tozunu kasaya yığın.
✅ Duzsuz badam, mixək və datçını da ayrı-ayrı kasalara yığın.
✅ İstifadə edəcəyiniz limonu yuyub mətbəx dəsmalının üzərinə yığın.
✅ istifadə edəcəyiniz damla saqqızını bir kasaya alın.
✅ Lazım ola biləcək qədər suyu bir bankaya yığın.

Pomidor Mürəbbəsi Üçün Ərzaqların Hazırlanması
2

✅İsti suda saxladığınız duzsuz badamların qabıqarını soyun.
✅ Limonun qabığını rəndələyin və çalışın ağ hissəsini rəndələməyəsiniz.
✅Su və toz şəkəri dərin bir qazana yığın .
✅ Qabığını rəndələdiyiniz limonu ikiyə bölüb suyunu bir stəkana süzün.
✅Su və şəkər tozunu qaynadaraq şərbət hazırlayın.
✅Damla saqqızını əlavə edin və şəkəri əriməsi üçün bir çırpıcı yardımıyla qarışdırın.
✅Çubuq darçın və mixəyi də əlavə etdikdən sonra şərbətin qatı olması üçün ocaqda qaynadın.

Pomidor Mürəbbəsinin Bişirilməsi
3

✅Pomidor və qabıqlarını soyduğunuz duzsuz badamları şərbətin içinə tökün.
✅Pomidorlar partlayıb yumuşalana qədər 30 dəqiqəyə yaxın vam odda qaynadın.
✅Mürəbbəni həddindən çox qarışdırmamağa çalışın.
✅Üzərinə yığılan ağ köpükləri yığın ki , mürəbbənin rəngi tünd olmasın.
✅Hazır olan mürəbbənin içərisinə limon qabığı və suyunu da əlavə etdikdən sonra 5 dəqiqə daha bişirin və ocağın altını qapadın.

Pomidor Mürəbbəsinin Saxlanma Qaydası
4

✅Mürəbbəni soyutduqdan sonra bankalara boşaldıb , ağzını möhkəm bağladıqdan sonra soyuducuda və günəş görməyən yerdə, otaq temperaturunda saxlayın.

Pomidor Mürəbbəsinin Servis Edilməsi
5

Sabah qəhvəaltılarında qızarmış çörəklə birlikdə servis edin.
Çay süfrələrində çayla birlikdə servis edə bilərsiniz.

Nuş Olsun!