Yazdırma Seçimləri:

Ədviyyatlı, Toyuqlu Plov

Verimlilik6 PorsiyonHazırlanma Müddəti1 saat 30 dəqBişmə Vaxtı30 dəqÜmumi Vaxt2 saat

Ədviyyatlı, toyuqlu plov

Lazım Olan Ərzaqlar
 1 stəkan düyü
 2 ədəd toyuq
 1 ədəd soğan
 1 ədəd pomidor
 3 diş sarımsaq
 duz
 istiot
 zəncəfil
 darçın
 şam fıstığı
 badam
 quru üzüm
Hazırlanma Qaydası
1

✅Soğanı təmiz soyun .
✅ Soyduğunuz soğanları yuyub yeməklik doğrayın.
✅ Pomidoru yuduqdan sonra qabığını soyun və doğrayın.
✅ Sarımsaqların qabığını soyun onu da doğrayın.
✅ Hazırladığınız bu ərzaqları yağda qovurun.
✅ Toyuğu təmiz-təmiz yuyun.
✅ Təmizlədiyiniz toyuqları doğrayın.
✅ Doğradığınız toyuqları və ədviyyatları da qovurduğunuz ərzaqların üzərinə əlavə edib daha 5 dəqiqəyə yaxın vam odda bişirin.
✅ Sonra üzərinə isti su əlavə edin.
✅ Toyuqlar bişən dək qazandan çıxardıb sobaya verin və qızarana qədər bişirin.
✅ Toyuqlar tamamən qızardıqdan sonra sobadan çıxardın.
✅ Bu arada da isti suda saxladığınız düyünü plov qazanına qoyub üzərinə toyuqları çıxartdığınız suyu əlavə edin.
✅ Plovunuz da bişdikdən sonra onu geniş bir qaba yığın və üzərinə qızaran toyuqları yerləşdirin.
✅ Sonra isə üzərinə şam fıstığı, badam və quru üzüm səpib isti-isti servis edin.

Nuş Olsun!
Qida Dəyərləri

Porsiya 0