Yazdırma Seçimləri:

Empanadas

Verimlilik1 Porsiya

empanadas

Empanadas üçün lazım olan ərzaqlar
Xəmiri üçün
 75 q kərə yağı
 1 ədəd yumurta
 1 çay qayığı sirkə
 0,50 stəkan su
 3 stəkan un
 duz
İçi üçün
 1 ədəd soğan (kiçik ölçülü)
 2 yemək qaşığı duru yağ
 200 q az yağlı qiymə
 1 ədəd orta ölçülü qırmızı bibər
 10 ədəd cəfəri
 duz
 istiot
Üzəri üçün
 1 ədəd yumurta
 1 yemək qaşığı su
Empanadasin hazırlanma qaydası:
1

empanadas

Su, yumurta və sirkəni kiçik bir kasada çırpın.
Ələnmiş un, duz və küp şəklində kəsilmiş soyuq kərə yağını dərin bir qarışdırma qabına alın.
Öncədən soyuducuda saxladığınız kərə yağını küp -küp doğradıqdan sonra istifadə edin.
Unlu və kərə yağlı qarışımın orta hissəsini açıb yumurtalı duru ərzaqları əlavə edin.
Bütün ərzaqları yaxşıca qarışdırın.
Azca unlanmış dəzgahın üzərində yoğurduğunuz xəmiri dincəlməsi üçün streç filmlə sarıyıb soyuducuya qaldırın.
Hazırladığınız xəmiri 40-45 dəqiqə dincə qoyun.
İç üçün quru soğanı kiçik parçalar halında doğrayın.
Ortadan ikiyə kəsib çəyirdəklərini çıxartdığınız bibəri soğanlarla eyni ölçüdə doğrayın.
Bol suda yuduğunuz cəfərinin yarpaqlarını incə doğrayın.
Duru yağı geniş bir tavada qızdırın.
Quru soğanları əlavə edib xəfif bir rəng alana qədər qovurun.
Az yağlı qiyməni suyunu çəkib rəng alana qədər soğanlarla birlikdə qovurun.
Bibərləri əlavə edib qarışdırın.
Duz və istiotu da əlavə edin.
Doğranmış cəfərini də əlavə edib ocaqdan alın.
Hazırladığınız qiyməli içliyi soyuması üçün kənara qoyun.
Soyuducuda dincə qoyduğunuz xəmiri kiçik kündələrə ayırın.
Azca unlanmış mətbəx dəzgahı üzərində yuvarlaq şəkildə açın.
Açılan xəmirlərin yarısına hazırladığınız iç xərcini qoyub yarım ay şəklində qapadın.
Bütün xəmir üçün eyni işləmi görün.
Hazırladığınız xəmirləri aralıqlı olaraq yağlı kağız sərili soba listinə yerləşdirin.
Kiçik bir qabda çırpdığınız yumurta və suyu üzərinə sürtün.
Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 25-30 dəqiqə üzəri qızarana qədər bişirin.
İlıq olaraq servis edin.

Nuş olsun!