Yazdırma Seçimləri:

Əncirli Kremli Keks

Verimlilik1 PorsiyaHazırlanma Müddəti50 dəqBişmə Vaxtı25 dəqÜmumi Vaxt1 saat 15 dəq

əncirli kremli keks

Lazım Olan Ərzaqlar
 3 ədəd yumurta
 1,50 stəkan şəkər
 ½ stəkan süd
 ½ stəkan duru yağ
 1 paket qabartma tozu
 1 paket vanilin
 1,50 stəkan un
 6 ədəd quru əncir
 1 stəkan doğranmış qoz ləpəsi
 1 çay qayığı darçın
Şərbəti Üçün
 1 stəkan süd
 ½ stəkan su
 1 stəkan şəkər
 1 çay qayığı qəhvə(nescsfe)
Mühalləbisi Üçün
 4 stəkan süd
 1 yemək qaşığı nişasta (qarğıdalı və ya buğda fərq etməz)
 2 yemək qaşığı un
 1 stəkan şəkər
 1 paket vanilin
Hazırlanma Qaydası
1

əncirli kremli keks

✅ Əncirləri yuyub qurulayın.
✅ Kiçik- kiçik doğrayın.
✅ Qozu da bıçaqla doğrayın.
✅ İçinə 1 çay qaşığı darçın, 1 yemək qaşığı un əlavə edib qarışdırın. (Unu keksə qatacağınız undan alın).
✅ Bir kənarda dursun.
✅ Keks üçün yumurta və şəkəri qataraq ağarana qədər çırpın.
✅ Süd və maye yağı əlavə edib qarışdırın.
✅Ələnmiş un və qabartma tozu əlavə edib qarışdırın.
✅ Son olaraq bir kənara qoyduğunuz doğranmış əncir və qozu əlavə edin.
✅ Yağlanmış böyük boy düzbucaqlı istiyə davamlı qaba xəmiri töküb, əvvəldən 180 dərəcə isidilmiş sobada keksi bişirin.
✅ Keks bişərkən, yarım stəkan suyu, 1 şirniyyat qaşığı qəhvəni və 1 çay stəkanı şəkəri böyük bir cəzvədə ocağa qoyun.
✅ Qaynamağa başlayıb, şəkər əriyincə ocaqdan götürüb üzərinə soyuq süd əlavə edin.
✅ Beləcə ilıq bir şərbətiniz olacaq.
✅ Sobadan çıxan keksi 10 dəqiqə gözlətdikdən sonra üzərinə şərbətini qaşıq -qaşıq tökün.
✅ Bol şərbətli sevirsinizsə suyu 1 su stəkanı olaraq istifadə edin.
✅ Toplam 2 stəkan şərbətiniz olsun.
✅ Son olaraq pudinqin ərzaqlrını qazana alıb bişirin.
✅ Mikserlə 2 dəqiqə çırpıb soyuyan keksin üzərinə tökün.
✅ Ən az 1 saata yaxın belə saxlayın.
✅ Artıq keks servisə hazır olur.

Nuş Olsun!