Yazdırma Seçimləri:

Enerji Deposu və Çox Sağlıqlı: Unsuz Blinçik

Verimlilik1 PorsiyaHazırlanma Müddəti10 dəqBişmə Vaxtı15 dəqÜmumi Vaxt25 dəq

Enerji deposu və çox sağlıqlı: Unsuz plinçik

🥞Lazım Olan Ərzaqlar
 1 ədəd banan
 1 ədəd yumurta
 1,50 stəkan yulaf
 1 stəkan süd
 3 ədəd xurma
 dəniz duzu
 darçın
 1 çay qayığı qabartma tozu
🥞 Enerji Deposu və Çox Sağlıqlı: Unsuz Blinçik Üçün Ərzaqların Yığılması
1

✅ Xurmanın çəyirdəklərini çıxardın.
✅Darçın və dəniz duzunu ayrıca kasalara yığın.
✅İstifadə edəcəyiniz yumurtaları yuyub mətbəx dəsmalının üzərinə yığın.
✅İstifadə edəcəyiniz yulafı kasaya yığınş
✅Lazım olacaq qabartma tozunu kasaya yığın.
✅Südü bir stəkana süzün.
✅Bananı soyub kasaya yığın.

🥞 Enerji Deposu və Çox Sağlıqlı: Unsuz Blinçik Üçün Ərzaqların Hazırlanması
2

✅ Bir qabın içərisinə yumurtaları qırın.
✅ Xurmaları 1/3 stəkan suyun içində saxlayın.
✅ Çəyirdəklərini çıxardaraq xurmaları blenderdən keçirdərək püre halına salın.
✅Ayrı bir qabın içərisində bananı əzin .
✅ Yulafı blenderdən keçirib un halına salın.
✅İstifadə edəcəyiniz tavanı yağlayın.

🥞 Enerji Deposu və Çox Sağlıqlı: Unsuz Blinçikin Xəmirinin Hazırlanması
3

✅Qaba sındırdığınız yumurtaların üzərinə südü əlavə edib yaxşıca çırpın.
✅ Püre halında olan xurmanı da yumurtanın üzərinə əlavə edin.
✅ Əzdiyiniz bananı qarışığın içinə qatın.
✅ Darçın, qabartma tozu və dəniz duzunu da əlavə edib gözəlcə qarışdırın.
✅ Yulaf ununu da qarışımın içərisinə əlavə edib qarışdırın.
✅ Üzərini streç filmlə qapadıb 10 dəqiqə soyuducuda saxlayın.

🥞 Enerji Deposu və Çox Sağlıqlı: Unsuz Blinçikin Bişirilməsi
4

✅Bir tavanı azca yağlayın və vam odda isidin.
✅ Ardından qarışımdan bir çömçə alaraq tavaya tökün.
✅ Arxalı önlü bir yaxşıca bişirin.
✅ Bişirərkən tavaya aradabir yağ sürtün ki, blincikləriniz yapışmasınlar.

🥞 Enerji Deposu və Çox Sağlıqlı: Unsuz Blinçikin Servis Edilməsi
5

✅ Üzərinə istədiyiniz ərzaqları əlavə edərək servis edin.
✅Üzərini banan dilimləri, bal və qoz ya da arzuladığınız başqa meyvə və soslarla bəzəyərək servis edə bilərsiniz.

Nuş Olsun!