Yazdırma Seçimləri:

Ərəb Mətbəxinin Məşhur Sosu Harissa

Verimlilik1 PorsiyaHazırlanma Müddəti35 dəqBişmə Vaxtı25 dəqÜmumi Vaxt1 saat

Harissa Mərakeş, Əlcəzair, Tunis, Suriya və bir çox ərəb ölkələrində sevilərək istifadə edilən sosdur. Adı "isti və acı" mənasını verən "har" sözündəndir. Deyə bilərik ki, əsas ərzaqlar bu söz kökünün mənasına tam uyğun gəlir.
Tərkibində qırmızı bibər, zirə toxumu və çiyələk var. Qara zirə əslində mədə dostu olaraq bilinən, əzilmiş və müalicə məqsədilə istifadə edilən bir toxum növüdür. Xüsusilə Yaxın Şərq və Asiya mətbəxində bir çox reseptlərdə istifadə olunur. Harissa sosa dad verən ən vacib ədviyyatlardan biridir.
Harissa sosunu bütün ət və toyuq yeməklərində, bəzi balıq ətlərində, makaron soslarında və sendviçlərdə istifadə edə bilərsiniz. Hətta çörəyin üzərinə sürtüb yeyə bilərsiniz.

harissa-sos

Lazım Olan Ərzaqlar
 2 ədəd bibər
 5 ədəd qurudulmuş bibər
 1 yemək qaşığı cirə toxumu
 5 ədəd döyülmüş sarımsaq
 1 yemək qaşığı bibər tomatı
  stəkan zeytun yağı
 2 çay qayığı istiot
 1 çay qayığı duz
Harissa Üçün Ərzaqların Yığılması
1

✅İstifadə edəcəyiniz bibərləri yuyub mətbəx dəsmalının üzərinə yığın.
✅İstuifadə edəcəyiniz cirə toxumunu bir kasaya yığın.
✅ Lazım olacaq sarımsaqları təmizləyibkasaya yığın.
✅İstifadə edəcəyiniz qara zirə toxumunu bir kasaya yığın.
✅Lazım olacaq pomidor və bibər tomatlarını ayrıcxa kasalara yığın.
✅ İstifadə edəcəyiniz zeytun yağını stəkana süzün.
✅İstifadə edəcəyiniz istiot və duzu ayrıca kasalara yığın.
✅ Qurudulmuş bibərləri bir kasanın içinə alın və isti suda 10 dəqiqəyə yaxın saxlayaraq yumşalmalarını təmin edin.

Harissa Üçün Ərzaqların Hazırlanması
2

✅Bibərləri közdə və ya sobada közləyin.
✅Sobada közləyəcəksinizsə sobanı 200 dərəcəyə yaxın qızdırın.
✅Közlənmiş bibərlərin toxum və sap hissəsini çıxardıb qabıqlarını soyun.
✅Ədviyyatları bir tavada iyi çıxana qədər qovurun.
✅Ədviyyatları rondodan keçirib toz halına salın.
✅Üzərinə qurudulmuş bibərləri də əlavə edib çəkin.
✅Sarımsaqları həvəngdə əzin.

Harissanın Hazırlanması
3

✅Bibərləri kiçik-kiçik doğrayın.
✅Qurutduğunuz bibərləri də suda islatdıqdan sonra kiçicik doğrayın.
✅ Hazırladığınız qarışımın üzərinə közlənmiş bibər, pomidor,bibər tomatı və döyülmüş sarımsaqları da əlavə edərək yaxşıca qarışdırın.
✅ Bu arada zeytun yağının 1/4-ni içərisinə əlavə edin .
✅ Ardından duz və zeytin yağının qalan hissəsini də əlavə edərək qarışdırın.

Diqqət
4

Qara zirə toxumu bir ədviyyat çeşididir.
Tapa bilməsəniz 1 yemək qaşığı cirə toxumu ilə də əvəz edə bilərsiniz.
Ancaq eyni dad və keyfiyyəti əldə edə bilməniz bir az çətin olacaqdır.
İstəsəniz acı miqdarını da artıra bilərsiniz. İçərisinə acı qırmızı toz bibər də əlavə edə bilərsiniz.

Harissanın Saxlanma Qaydası
5

✅ Bütün ərzaqları bir bankanın içinə yığın.
✅ Sosunuzu ağzı qapalı bir bankanın içində uzun zaman saxlaya bilərsiniz .

Harıssanın Servis Edilməsi
6

✅ Sosunuz servisə hazırdır.
✅ İstədiyiniz kimi müxtəlif yeməklərin yanında servis edə bilərsiniz.

Nuş Olsun!