Yazdırma Seçimləri:

Ərik Kompotu

Verimlilik1 PorsiyaHazırlanma Müddəti10 dəqBişmə Vaxtı15 dəqÜmumi Vaxt25 dəq

Ərik mineral və vitamin deposudur. Ərik A, B C , dəmir, maqnezium, fosfor ilə zəngin bir qidadır. Cildi yeniləyir.Xərçəngin qarşısını alır. Qarın bölgəsinin yağlanmasının qarşısını alır. Qan şəkərinin yüksəlmə risqini azaldır.

Ərik kompotu

Lazım Olan Ərzaqlar
 600 q ərik
 1 stəkan şəkər tozu
 1 l su
 2 ədəd mixək
 1 ədəd limon dilimi
Ərik Kompotu Üçün Ərzaqların Yığılması
1

ərik

✅İstifadə edəcəyiniz ərikləri yuyub aşsüzənə yığın suyunu çəksin.
✅istifadə edəcəyinizşəkər tozunu bir kasaya yığın.
✅Kompot üçün lazım olacaq mixəyi bir kasaya alın.
✅Kompot üçün lazım ola biləcək qədər suyu bir bankaya süzün.
✅İstifadə edəcəyiniz limonu yuyub bir mətbəx dəsmalının üzərinə alın.

Ərik Kompotu Üçün Ərzaqların Hazırlanması
2

✅Zədəli hissələrini ayırtlayın.
✅Təmizləmiş olduğunuz ərikləri bol suda yuyun.
✅Bir bıçaq yardımıyla ortadan ikiyə bölün.
✅Böyükləri dörd bərabər hissəyə bölün.
✅ Su və şəkər tozunu qarışdırın.

Ərik Kompotunun Hazırlanma Qaydası
3

✅Ərik kompotunu təzə ərik olmasa quru əriklədə hazırlaya bilərsiniz.
✅Arzuya görə qabıqsız badam içi və ya quru üzüm kimi fərqli quru yemişlər də əlavə edə bilərsiniz.
✅Su və şəkər tozunu qazana alıb qarışdırdıqdan sonra qaynamağa qoyun.
✅Çox da qatı olmayan bir şərbət hazırlayın.
✅ Daha sonra ərikləri əlavə edib 5 dəqiqə qaynadın .
✅ Əriklər yumşalmadısa daha 5 dəqiqə qaynadın.
✅Ərikləri vam odda qaynadın ki , əriklər əzilməsin.
✅ Altını qapatıp çubuq darçınları və müxəyi əlavə edin.
✅ Ağzı qapalı olaraq bu şəkildə soyumağa buraxın.

DİQQƏT
4

✅Təzə və yumşaq meyvələrdən kompot və ya şərbət hazırlayarkən əvvəlcə şəkərli suyu qaynadıb meyvələri sonra əlavə edə bilərsiniz.
✅Belə edərsinizsə meyvənin əzilməsinin qarşısını ala bilərsiniz.
✅Quru və sərt meyvələrdə isə tam tərsinə şəkəri meyvə bişdikdən sonra əlavə edə bilərsiniz.
✅Əriklərin çəyirdəklərini çıxartdıqdan sonra ikiyə bölərək də kompotu bişirə bilərsiniz.
✅Meyvələr şirindirsə şəkərin miqdarını azalda bilərsiniz.

Ərik Kompotunun Saxlanma Qaydası
5

ərik

✅Ərik kompotunu otaq temperaturunda soyudub soyuducuya yerləşdirin .

Ərik Kompotunun Servis Edilməsi
6

kayisi-suyu

✅Ərik kompotu tamamən soyuduqdan sonra istədiyiniz yeməklərin yanında servis edə bilərsiniz.

Nuş Olsun!