Yazdırma Seçimləri:

Əriştəli, Qatıqlı Şorba

Verimlilik1 PorsiyaHazırlanma Müddəti30 dəqBişmə Vaxtı1 saatÜmumi Vaxt1 saat 30 dəq

Diyet yeməkləri arasında mühüm yer tutan bir şorbadır.Noxudun faydalarını saymaqla bitməz. Noxud lif baxımından çox zəngindir.
Noxud istifadə edən 1 ci tip diabet xəstələrində qan şəkəri daha aşağı olur. 2 ci tip diabet xəstələri noxud istifadə etməklə daha yüksək miqdarda lif alır. Bu isə lipid, qan şəkəri miqdarını düzəldir. Noxudda dəmir, fosfor, kalsium, K vitamini, sink, maqnezium vardır. Qan təzyiqi olan xəstələrin istifadə etməsi məqsədəuyğundur.Təzyiqi salır. Yüksək miqdarda natrium,C vitamini B6 vitamini olması sayəsində ürək sağlamlığını qoruyur. Xərçəngin qarşısını alır. Qəbizliyə, xolesterolun düşməsinə çox faydalıdır. Ancaq davamlı olaraq noxud tükətmək orqanizma üçün zərərlidir.

Ərişdəli qatıqlı şorba

Lazım Olan Ərzaqlar
 1 stəkan noxud
 5 stəkan su
 1 stəkan ət ya da toyuq suyu
 duz
 1 stəkan kəpəkli ərişdə
 1 stəkan qatıq
 1 yemək qaşığı tam buğda unu
 2 çay qayığı kərə yağı
 1 yemək qaşığı quru nanə
Ərişdəli, Qatıqlı Şorba Üçün Ərzaqların Yığılması
1

✅ Noxudları bol suyla yuyub suyunu süzün.
✅ Üzərinə su əlavə edib 1 gecə saxlayın.
✅ İstifadə edəcəyiniz suyu şüşə bankaya yığın.
✅ İstifadə edəcəyiniz əti yuyub suyunu çəkməsi üçün aşsüzənə yığın.
✅ Lazım olacaq duzu ,nanəni kasaya yığın.
✅ İstifadə edəcəyiniz ərişdəni ayırtlayıb kasaya yığın.
✅ İstifadə edəcəyiniz qatığı kasaya alın.
✅ Lazım olacaq unu bir kasaya yığın.
✅ İstifadə edəcəyiniz kərə yağını kasaya alın.

Ərişdəli, Qatıqlı Şorba Üçün Ərzaqların Hazırlanması
2

✅İstifadə edəcəyiniz ətri doğrayıb qazana yığın.
✅ Bir kasada qatığı və unu yaxşıca qarışdırın.
✅ Bir kasada unu və qatığı qarışdırın.

Ərişdəli, Qatıqlı Şorba Üçün Ərzaqların Bişirilməsi
3

✅ İstifadə edəcəyiniz noxudu islatdığınız suyunu töküb yeni su əlavə edərək bir tavada yumşalana qədər bişirin.
✅ İstifadə edəcəyiniz əti qaynadıb bişirin.
✅ Lazım olacaq qədər suyu qazana tökün.
✅ Yeməyi bişirəcəyiniz ocağı yandırıb qazanı ocağa qoyun.
✅ Ayrı bir tavada kərə yağını əridin.

Ərişdəli, Qatıqlı Şorbanın Bişirilməsi
4

✅ Su və ət suyunu qaynamağa buraxın.
✅ Duz və ərişdələri əlavə edərək yumuşalıncaya qədər bişirin.
✅ Noxudları əlavə edib 15 dəqiqə daha bişirin.
✅ Şorbanın suyundan 1 çömçə qədər əlavə edərək çırpın və bunu şorbaya yavaş- yavaş əlavə edərək qarışdırın.
✅ 15 dəqiqə bişirin.
✅ Ayrı bir tavada kərə yağını əridib nanə ilə qarışdırın və şorbaya əlavə edin.

Ərişdəli, Qatıqlı Şorbanın Servis Edilməsi
5

✅ İsti halda servis edin.

Nuş Olsun!