Yazdırma Seçimləri:

Ətli Blinçik Dolması

Verimlilik1 PorsiyaHazırlanma Müddəti30 dəqBişmə Vaxtı45 dəqÜmumi Vaxt1 saat 15 dəq

Blinciki hamımız sevirik.
Sabah naharı zamanı süfrədə olanda süfrənin dadı duzu daha da artır.
Bu gün isə 1001dad.com saytı çox sevdiyiniz blincikləri qəhvəltında deyil fərqli bir təriflə təqdim edəcəkdir.
Bu yemək o qədər dadlı və ləzzətlidir ki,inana bilmirəm ki siz bir bilincik ilə doyasınız.
Bu dəfə blincikləri sizə ana yemək kimi təqdim edəcəyik, özü də adı gözəl, dadı gözəl............!

man;sa kababı

Lazım Olan Ərzaqlar
 500 q quzu əti
 1 ədəd soğan
 1 ədəd qirmizi bibər
 1 ədəd yaşıl bibər
 1 yemək qaşığı pomidor tomatı
 1 çimdik kəklikotu
 1 çay qayığı qirmizi bibər
 1 stəkan maye yağ
Blinçik Üçün
 1 stəkan sud
 2 ədəd yumurta
 4 yemək qaşığı un
 ½ stəkan maye yağ
 duz
Sosu Üçün
 1 yemək qaşığı tomat
 ½ stəkan maye yağ
 1 stəkan su
 pul bibər
 kəklikotu
 duz
Üzəri Üçün
 1 ədəd pomidor
 75 q holland pendiri
Ətli Bilincik Dolması Üçün Ərzaqların Yığılması
1

✅ İstifadə edəcəyiniz quzu ətini təmizləyib yuyaraq aşsüzənə yığın suyunu versin.
✅Lazım olacaq qədər soğanı soyub kasaya yığın.
✅İstifadə edəcəyiniz qırmızı bibər və yaşı bibəri təmizləyib yuyaraq mətbəx dəsmalının üzərinə yığın.
✅İstifadə edəcəyiniz kəklikotunu və qırmızı toz bibəri ayrıca kasalara yığın.
✅Lazım olan qədər pomidor tomatını kasaya yığın.
✅İstifadə edəcəyiniz maye yağ və südü ayrıca stəkanlara süzün.
✅Lazım olacaq unu və duzu ayrıca kasalara yığın.
✅İstifadə edəcəyiniz pomidoru yuyu b mətbəx dəsmalının üzərinə yığın.
✅ Lazım olacaq yumurtaları yuyub mətbəx dəsmalının üzərinə yığın.
✅ İstifadə edəcəyiniz holland pendirini kasaya yığın.

Ətli Bilincik Dolması Üçün Ərzaqların Hazırlanması
2

✅ Qırmızı əti quşbaşı doğrayın.
✅Soğanları kubik şəklində doğrayın.
✅Bibərləri də kubik şəklində doğrayın.
✅Pomidoru nazicik dilimləyin.
✅ Holland pendirini də incə dilimləyin.

Ətli Bilincik Dolması Üçün Sosun Hazırlanması
3

✅ Sosu üçün duru yagi qazana qoyub tomatı bir az qovurun.
✅ Duzu və ədviyyatları əlavə edib isti su əlavə edin.
✅Bir az qaynatdıqdan sonra sosu ocağı söndürün.

Dolmanın İçliyinin Bişirilməsi
4

✅ Qırmızı əti yumşalana qədər bişirin.
✅ Duru yagi qazana alıb əvvəlcə soğanları saralana qədər qızardın sonra bibərlər yumşalana qədər bişirin.
✅ Tomatı, duzu, ədviyyatları da əlavə edib bir az qovurun və ən sonda bişirdiyiniz ətləri əlavə edin.
✅ Bir azda ətlə qızardıb ocaqdan alin .

Bilincikin Hazırlanması
5

✅ Blinçik üçün olan ərzaqları qarışdırma qabına alın.
✅ Qarışdırmış olduğunuz ərzaqları yaxşıca çırpın.
✅ İçində topacıqlar qalmasın.
✅ Orta boyda blinçiklər bişirin.

Blincik Dolmasının Bükülüb Hazırlanması
6

✅ Hazırladığınız blinçiklərin içinə soyutduğunuz ətdən qoyub hər tərəfdən bağlayın.
✅ Soba qabina yerləşdirin. dolmaların üzərinə oncədən incə dilimlənmis holland
✅Soba qabına yığdığınız blincik dolmasının üzərinə dilimlədiyiniz holland pendirini
sonrada dilimlənmis pomidor dilimlərini qoyun.
✅Əvvəlcədən hazirladiginiz sosu qasiqla blinçiklərin ustunə tökün.

Bişirilmə Qaydası
7

✅Sobanı əvvəlcədən 190 dərəcə qızdırın.
✅Hazırladığınız dolmaları qızdırdığınız sobaya qoyun.
✅ Üzəri qızarana qədər sobada bişirin.

Bilincik Dolmasının Servis Edilməsi
8

Hazır bilincikləri isti-isti servis edin.
Dolmanın üzərini cəfəri ilə süsləyib servis edə bilərsiniz

Nuş Olsun!