Yazdırma Seçimləri:

Ətli Qarabaşaq Yarması – Qreçka

Verimlilik1 PorsiyaHazırlanma Müddəti15 dəqBişmə Vaxtı35 dəqÜmumi Vaxt50 dəq

Qarabuğday olaraq da bilinən qreçka, xüsusən Rus mətbəxində çox önəmli bir yeri olan, protein ilə zəngin bir qidadır. Adına görə taxıl hesab edilsədə tərkibində qluten olduğu üçün qlutensiz qidalanların favorisidir. Qaraciyər və bağırsaqların dostu olan qreçkanı istifadə etməyin ən sadə yolu onu plov kimi dəmləməkdir.

Ətli Qarabaşaq Yarması Üçün Lazım Olan Ərzaqlar
 2 ədəd pomidor
 2 ədəd rəngli bibərlər
 300 q qarabaşaq
 100 q holland pendiri
 1 dəstə cəfəri
 150 q ət
 duz
 istiot
 100 q kərə yağı
Ətli Qarabaşaq Yarması-Qreçka Üçün Lazım Olan Ərzaqların Hazırlanması
1

✅ Ətli qarabaşaq yarması-qreçka üçün istifadə edəcəyiniz əti uzunsov doğrayın.
✅ Qreçkanın suyunu süzüb kasaya yığın.
✅ İstifadə edəcəyiniz cəfərinui kiçik-kiçik doğrayın.
✅ Pomidoru kiçik-kiçik doğrayın.
✅ Rəngli bibərləri də uzunsov doğrayın.
✅ Holland pendirini rəndələyib bir kasaya yığın.

Ətli Qarabaşaq Yarması-Qreçkanın Bişirilmə Qaydası
2

✅ Ocağı yandırın.
✅ Ətli qarabaşaq yarmasını bişirəcəyiniz qazanı ocağın üzərinə alın.
✅ Qazana qarabaşağı bişirəcək qədər su əlavə edib qaynadın.
✅ Su qaynayan zaman qarabaşaq yarmasını qaynayan suya əlavə edib bişirin.
✅ Qreçka bişən zaman içərisinə kərə yağını əlavə edin.
✅ Qreçka bişəndə qazanın üzərinə bir dəsmal qapadaraq vam odda dəmlənməyə qoyun.

Ətli Qarabaşaq Yarması-Qreçkanın Üzəri Üçün Ətin Bişirilməsi
3

✅ Əvvəlcə qazanın içinə zeytun yağı və kərə yağını əlavə edin.
✅ Kərə yağı əriyəndə içinə quşbaşı şəklində doğranmış ətləri əlavə edin.
✅ Ətlər bişənə qədər qovurun.
✅ Sonra uzunsov şəkildə doğranmış rəngli bibərləri, pomidoru əlavə edin və 3-4 dəqiqə daha qovurun.
✅ Qovurma bitdikdən sonra isti suyu, duz və istiotu əlavə edin.
✅ Sonrasında qazanın qapağını bağlayın və orta dərəcəli atəşdə 5 dəqiqə qaynadın.

Ətli Qarabaşaq Yarması-Qreçkanın Servis Edilmə Qaydası
4

✅ Hazır olan qarabaşaq yarmasını servis tabağına alın.
✅ Plovun üzərinə hazırladığınız içlikdən də qoyub servis edin.
✅ Plovu istədiyiniz salat və ya qatıqla da servis edə bilərsiniz.

Nuş Olsun!