Yazdırma Seçimləri:

Ətli Tart

Verimlilik1 PorsiyaHazırlanma Müddəti25 dəqBişmə Vaxtı20 dəqÜmumi Vaxt45 dəq

Ətli tart

🥧 Ətli Tartın Xəmiri Üçün Lazım Olan Ərzaqlar
 250 q un
 125 q kərə yağı
 1 ədəd yumurta
 1 yemək qaşığı duz
🥧 Ətli Tartın İçliyi Üçün
 250 q quşbaşı dana döş əti
 1 yemək qaşığı kərə yağı
 1 stəkan bişmiş yaşıl noxud
 2 ədəd kök
 1 ədəd kartof
 1 çay qayığı duz
 0,50 çay qayığı istiot
 1 stəkan qarğıdalı konservi
🥧 Ətli Tart Üçün Lazım Olan Ərzaqların Yığılması
1

✅İstifadə edəcəyiniz unu bir qarışdırma qabına ələyin.
✅İstifadə edəcəyiniz əti yuyub təmizləyərək aşsüzəndə suyunu süzün.
✅İstifadə edəcəyiniz kərə yağını kasaya alın.
✅İstifadə edəcəyiniz yumurtanı yuyub mətbəx dəsmalının üzərinə yığın.
✅İstifadə edeəcəyiniz kök və kartofları yuyub qabıqlarını soyun və bir kasaya yığın.
✅ İstofadə edəcəyiniz noxudu bir gün əvvəldən ayırtlayıb yuyun və axşamdan isladın.
✅Lazım olacaq duz və istiotiu ayrı-ayrı kasalara yığın.

🥧 Ətli Tart Üçün Lazım Olan Ərzaqların Hazırlanması
2

✅Unu yoğurma qabına ələyin.
✅Kartofu və kökü eyni ölçüdə doğrayın.
✅Tavanı isidin.
✅Kərə yağını əridin.
✅İstifadə edəcəyiniz əti quşbaşı doğrayın.
✅İslatmış olduğunuz noxudu bişirin.
✅Yumurtanı kasaya sındırın.
✅Bir ədəd yumurtanın ağını sarısından ayırın(Üzərinə sürtmək üçün).

🥧 Ətli Tartın Xəmirinin Hazırlanması
3

✅Unu geniş bir qaba ələyin.
✅Kərə yağını barmaq ucu ilə xəmirə yedirin.
✅Soyuq kərə yağı istifadə etmək tart xəmirinin ağızda dağılmasına yardımcı olur.
✅Diğər ərzaqları əlavə edin və bərk olmayan bir kvama gəlincəyə qədər yoğurun.
✅Bütün ərzaqlar bir-birinə qarışınca xəmiri streç filmə sarıyıb dinləndirin.

🥧 Ətli Tartın İçliyinin Hazırlanması
4

✅Bütün ərzaqları eyni ölçüdə doğrayın.
✅Tavanı isidin və kərə yağını əridin.
✅Əriyən kərə yağının içində kök və kartofları qovurun.
✅Kök və kartoflar azca yumşalan kimi ət və noxudu əlavə edib yaxşıca bişirin.
✅Duz və istiotu da qatıb ləzzətləndirin.
✅İçlik hazırdır.

🥧 Ətli Tartın Hazırlanması
5

✅Tart qəliblərini yağlayıb , unlayın.
✅Xəmiri iki yağlı kağız arasında oxlov və ya vərdənə yardımı ilə incəldin.
✅Xəmiri qəlibə yerləşdirib altında çəngəllə deşiklər açın.
✅İç xərcini doldurun və eyni şəkildə incəldilmiş xəmirlə üzərini örtün.

🥧Ətli Tartın Bişirilməsi
6

✅ Sobanı əvvəlcədən 170 dərəcə qızdırın.
✅ 170 dərəcəyə yaxın qızdırdığınız sobada tartı bişirin.
✅Sobada xəmir qızarana qədər bişirin.
✅İstəsəniz üzərinə sulandırılmış yumurta sarısı sürtərək tartınızı süsləyə bilərsiniz.

🥧Ətli Tartın Servis Edilməsi
7

✅İsti halda servis edin.

Nuş Olsun!