Yazdırma Seçimləri:

Ətsiz çiy küftə

Verimlilik1 PorsiyaHazırlanma Müddəti15 dəqÜmumi Vaxt15 dəq

Çiy küftə tərifini biz hər zaman uzun uzadı yoğrulan, xüsusi məharət istəyən, hər kəsin rahatca hazırlaya bilməyəcəyi bir resept olaraq bilirik. Türkiyənin Urfa vilayətinə məxsus olan çiy küftə əslində normalda ətlə hazırlanan bir yeməkdir.Ancaq evdə ekonomik şəkildə hazırlayacağımız çiy küftəni tamamən ətsiz düşünləşirik. Onun da yoğrulması bir xeyli zaman alır. Bu gün 1001dad.com saytı olaraq sizlərə ləzzətli bir çiy küftə tərifini təqdim edəcəyik.
Bu çiy küftə yoğrulmadan, bütün ərzaqların robotda çəkilməklə hazırlanır. Belə olanda həm zaman qazanır, həm də yoğurmadan ən ləzzətli çiy küftə hazırlamış oluruq.

Ətsiz çiy küftə

Ətsiz Çiy Küftə Üçün Lazım Olan Ərzaqlar
 3 stəkan bulğur
 1 ədəd soğan
 2 stəkan isti su
 1 yemək qaşığı tomat
 1 çay qayığı istiot
 1 çay qayığı duz
 1 dəstə cəfəri
 1 çay qayığı sumaq
 1 stəkan nar turşusu
 2 ədəd təzə nanə
 2 diş sarımsaq
 1 stəkan zeytun yağ
 1 ədəd marul
 2 ədəd limon
Ətsiz Çiy Küftə Üçün Lazım Olan Ərzaqların Yığılması
1

✅İstifadə edəcəyiniz bulğuru ayırtlayıb yuyaraq suyunu süzün.
✅İstifadə edəcəyiniz tomatı kasaya yığın.
✅İstifadə edəcəyiniz duzu, istiotu və sumağı ayrıca kasalara yığın.
✅Lazım olacaq nar turşusunu stəkana süzün.
✅Lazım olacaq cəfərini təmizləyərək yuyun və mətbəx dəsmalının üzərinə yığın.
✅ İstifadə edəcəyiniz nanəni də təmizləyərək yuyun və mətbəx dəsmalının üzərinə yığın.
✅İstifadə edəcəyiniz sarımsağın qabığını təmizləyib kasaya yığın.
✅ Lazım olacaq soğanın qabığını soyub kasaya yığın.
✅Lazım olacaq kahını da təmizləyib yuyaraq mətbəx dəsmalının üzərinə yığın.
✅İstifadə edəcəyiniz zeytun yasğını stəkana süzün.
✅Lazım olacaq limonu yuyub mətbəx dəsmalının üzərinə yığın.
✅Lazım olacaq qədər suyu şüşə bankaya yığın.

Ətsiz Çiy Küftə Üçün Lazım Olan Ərzaqların Hazırlanması
2

✅Bulğuri isladacağınız suyu isidin.
✅Bulğur çox iridirsə robotda üyüdün.
✅Bulğuru yoğurma qabına alıb isti su ilə 10 dəqiqəyə yaxın isladın.
✅istifadə edəcəyiniz sarımsağı və soğanı ayrıca rəndələyərək kasalara yığın.
✅İstifadə edəcəyiniz cəfərini və nanəni kiçik-kiçik doğrayın.
✅İstifadə edəcəyiniz limonları incə-incə dilimləyin.

Diqqət
3

Çox quru olarsa nar turşusu əlavə edilməlidir.

Ətsiz Çiy Küftənin Hazırlanması
4

✅Bir yoğurma qabına islatdığınız bulğuru alıb yoğurun.
✅Yoğurduğunuz bulğurun içəridsinə rəndələdiyiniz sarımsaq, soğan,tomat, zeytun yağı, doğranış cəfəri, doğradığınız nanə, nar turşusu da əlavə edərək yaxşıca yoğurun.
✅Bütün ərzaqlar tamamən qarışana qədər yoğurun.
✅Bütün ərzaqlar yoğrularaq bir yerə toplandıqda çiy küftəniz hazır oldu .

Ətsiz Çiy Küftənin Servis Edilməsi
5

✅Barmaqlar ilə sıxılaraq şəkil verib limon və kahı ilə birlikdə servis edə bilərsiniz.
✅Kahı,limon, cəfəri, təzə soğan, təzə sarımsaq, lavaş və soyuq ayranla servis edə bilərsiniz.

Nuş Olsun!