Yazdırma Seçimləri:

Ev qatığı

Verimlilik1 PorsiyaHazırlanma Müddəti5 dəqBişmə Vaxtı45 dəqÜmumi Vaxt50 dəq

evde qatıq

Lazım olan ərzaqlar
 1 l təzə süd
 1 yemək qaşığı qatıq
Hazırlanma qaydası
1

Südü bişirin və 8-10 dəqiqə qaynadın.
Sonra südü mayalayacağınız qaba boşaldın və soyumasını gözləyin.
Qatığın mayalanması üçün ideal temperaur 43-45 dərəcədir.
Bir neçə qaşıq südlə qatığı qarışdırın.
Sonra bu qatıqlı südü mayalanacaq olan südə qarışdırın (süd qaymaq tutubsa qaymağı pozmadan ehtiyatla qarışdırın).
Qabın qapağını örtün, qalın dəsmalla hər tərəfini örtün.
4-5 saat qabı hərəkət etdirməyin, dəsmalı açmayın.
Bundan sonra qabın qapağını açın, bir saat gözlədin.
Sonra soyuducuya qoyun.
Soyuduqdan sonra servis edin.

Nuş olsun!