Yazdırma Seçimləri:

Ev şəraitində quzu təndir

Verimlilik1 PorsiyaHazırlanma Müddəti25 dəqBişmə Vaxtı1 saat 20 dəqÜmumi Vaxt1 saat 45 dəq

Ev şəraitində quzu təndir

Lazım olan ərzaqlar
 1 ədəd quzu qolu
 3 ədəd quru soğan
  istiot
  duz
 1 yemək qaşığı kərə yağı
 1 stəkan isti su
Ev şəraitində quzu təndir hazırlanması
1

Əti 2-3 hissəyə ayırın.
Qazana yerləşdirin.
Otaq temperaturundakı kərə yağını üzərinə sürtün.
Soğanı soyun və ikiyə bölüb ətlərin üzərinə yerləşdirin.
Duz və isti suyu əlavə edərək ocağa qoyun.
Qazanın ağzını örtərək 10 dıqiqə orta atəşdə bişirin.
Ocağın altını şam işığı qədər azaldın.
Bu şəkildə qazanın ağzını örtərək tam 2 saata yaxın bişirin.
Ara –sıra suyuna baxın.
Sonra ocağı söndürün ilıq hala gələnə qədər qalsın.
Əgər bu şəkildə servis etmək istəyərsinizsə yanına plov və kartof qızartması da qoya bilərsiniz.
Ya da qazanda qalan bir kasa ət suyu,
1 yemək qaşığı pomidor tomatı,
1 şay stəkanı göy noxud,
Arzuya görə küp şəklində doğranmış kartof qızartması,
Ət suyu və tomatı qarışdırın.
Fırın qabına yerləşdirilən ətlərin üzərinə gəzdirin.
Qızardılmış kartof və noxudu da əlavə edərək fırında 10-15 dıəqiqə bişirin.

Nuş olsun!