Yazdırma Seçimləri:

Ev Üsulu Əriştə

Verimlilik1 PorsiyaHazırlanma Müddəti50 dəqBişmə Vaxtı45 dəqÜmumi Vaxt1 saat 35 dəq

Əriştə — buğda unundan hazırlanan әrzaqdır (xәmir mәhsulu). Əriştə hazırlamaqdan ötrü xәmiri kündәlәyir, oxlovla nazik lavaş kimi yayıb, sonra üst-üstә qatlayıb zolaq (dilim) şәklindә kәsirlәr. Əriştəni sәrib qurutmaqla uzun müddәt saxlamaq mümkündür. Azәrbaycanda Əriştədәn müxtәlif xörәklәr: әriştәli isti duru xörәk, әriştәaşı, әriştәçilov, әriştәplov vә s. hazırlanır. Əriştәaşına müxtәlif xuruş da әlavә edilir. Əriştə bir sıra Yaxın Şәrq, Orta Asiya vә Qafqaz xalqları arasında yayılmışdır. Qışlıq yemək olaraq hər bir evdə hazırlanan bir ərzaqdır.

Ev üsulu Əriştə

Əriştə Üçün Lazım Olan Ərzaqlar
 Odad un
 1 ədəd yumurta
 duz
 2 stəkan xəmir yoğurmaq üçün un
 150 q kərə yağı
Ev Üsulu Əriştənin Ərzaqlarının Yığılması
1

✅İstifadə edəcəyiniz unu bir siniyə yığın.
✅İstifadə edəcəyiniz duzu bir kasaya yığın.
✅Lazım olacaq suyu bir şüşə bankaya alın.
✅İstifadə edəcəyiniz kərə yağını bir kasaya yığın.

Ev Üsulu Əriştənin Xəmirinin Hazırlanması
2

✅ Unun içərisinə duz və 1 ədəd yumurta qırın.
✅2 stəkan su əlavə edin.
✅Əriştə üçün xəmir yoğurun.
✅ Xəmiri yoğurub artıq ələ yapışmayan bir xəmir əldə edəcəksiniz.
✅ Xəmiri bərabər ölçülü kiçik kündələrə ayırın.

Ev Üsulu Əriştənin Yuxasının Hazırlanması
3

✅Oxlov vasitəsi ilə xəmir kündələrini yayın.
✅Yaymanı yayarkən masaya yapışmaması üçün masanın üzərinə arada bir az un səpin.
✅ Ev üsulu əriştəni hazırlamaq üçün yayılan yuxalar üç bərabər hissəyə uzunlamasına qatlayın.
✅Qatlayarkən yuxanın yapışmaması üçün aralarına un səpin.
✅ 3 hissəyə qatlanan yuxanı üzərinə un səpin.

Ev Üsulu Əriştənin Kəsilməsi
4

✅Əriştəni doğramaq üçün bir əl qatlanmış əriştə yuxasının üzərinə qoyularaq kəsiləcək en ölçüsünü tənzimləyin.
✅Bundan sonra bıçaq vasitəsi ilə eninə doğrayın.
✅ Doğranan Əriştənin üzərinə un səpərək bir az çırpın.
✅Kəsilən ərişdəni çırpdıqca uzanır və nazikləşir.
✅Kəsilən əriştəni günəş işığı olan yerdə ip üzərinə sərərək qurudun.
✅ Günəş işığı az olarsa, yaxud da münasib temperatur olmadığı zaman soba sinisinə sərərək aşağı temperaturda sobada da quruda bilərsiniz.
✅ Quruyan əriştəni bişirməzdən əvvəl qovurmaq lazımdır.

Əriştəni Bişirmə Qaydası
5

✅ Suyu qaynadın.
✅ Bir az duz vurun.
✅ Qaynayan suya qovrulmuş ev üsulu əriştəni əlavə edib bişirin.
✅ Bişdikdən sonra süzün.
✅ İstəyə bağlı olaraq əriştə plovunu bişirərkən bəzən kartofdan, bəzən də yaşıl mərciməkdən, lobyadan istifadə edirlər.
✅ İstər mərciməkli, istərsə də lobya ilə bişirilərkən əvvəlcə ayrı bir qazanda onları bişirmək lazımdır.
✅Əriştə plovunu kartofla bişirəcəksinizsə kartofları azca bişirməniz lazımdır.
✅ Kərə yağnı bir tavada əridin.
✅ Süzülən əriştənin üzərinə əlavə edib vam odda dəmə qoyun.

Ev Üsulu Əriştənin Servis Edilməsi
6

Ev üsulu əriştəni isti -isti olaraq servis etmək lazımdır.
İstəyinizə bağlı olaraq bu plovu tyrşularla, mayonezlə, bəzi soslarla və yaxud da bəzən sarımsaqlı(sarımsaqsız) qatıqla da servis edə bilərsiniz.

Nuş Olsun!