Yazdırma Seçimləri:

Evdə Hamburger Hazırlanması

Verimlilik1 PorsiyaHazırlanma Müddəti40 dəqBişmə Vaxtı20 dəqÜmumi Vaxt1 saat

evdə hamburger

🍔Hamburger Xəmiri Üçün Lazım Olan Ərzaqlar
 500 q un
 2 ədəd yumurta
 100 ml süd
 50 q kərə yağı
 100 ml su
 1 çay qayığı duz
 25 q maya
 2 ədəd yumurtanın sarısı
 küncüt
 2 çay qayığı çəkər tozu
 çörək otu
Hamburger Küftəsi Üçün Lazım Olanlar
 600 q qiymə
 1,50 çay qayığı duz
 0,50 çay qayığı süzgəcdən keçirilmiş soğan
Hamburgerin İçi Üçün Lazım Olan Ərzaqlar
 cirə
 xardal
 arzuya görə pul bibər
 100 q doğranmış xiyar turşusu
 kahı yarpaqları
 pomidor
 ketçup
 mayonez
 chaddar pendiri
🍔Hamburger Üçün Ərzaqların Yığılma Qaydası
1

✅ Xəmir üçün lazım olan unu yoğurma qabına ələyin.
✅ Xəmir yoğurmaq üçün lazım olan suyu bir stəkana süzün.
✅ İstifadə ediləcək yumurtaları yuyun.
✅ Xəmir üçün lazım olan südü bir stəkana süzün.
✅ Lazım olan kərə yağnı da bir kasaya qoyun.
✅ İstifadə edəcəyiniz qədər toz şəkəri bir kasaya yığın.
✅ İstifadə edəcəyiniz duz, yaş maya, küncüt,çörək otu,istiot, cirə, xardal və pul bibəri ayrı-ayrı kasalara yığın.
✅ Yuduğunuz yumurtanın bir ədədinin ağını sarısından ayırın.
✅ Hamburgerin küftəsi üçün istifadə edəcəyiniz qiyməni bir qaba alın.

Hamburger Üçün Xəmirin Hazırlanma Qaydası
2

evdə hamburger

✅ Əvvəlcə dərin bir kasaya maya,ilıq süd və şəkəri qataraq qarı.dırın.
✅ Ardından içərisinə un, duz və yumurta əlavə edərək xəmir yoğurun.
✅ Xəmirə görə suyunuartırıb zalda bilərsiniz.
✅ Kərə yağını əlavə edib qulaq məməsi bərkliyində xəmir yoğurun.
✅ Üzərini streç film ilə bağlayaraq 25 dəqiqə mayalanmasını gözləyin.
✅ Mayalanmış xəmiri bərabər parçalara bölün.
✅ Yoğurduğunuz xəmirdən 8 ədəd kündə çıxacaqdır.
✅ Kündələrin çəkisi 120-150 qrama yaxın olacaqdır.
✅ Parçalara böldüyünüz xəmirlərləri yuvarlaq şəkil verib yağlı kağız sərilmiş soba sinisinə aralı düzün.
✅ Siniyə düzdüyünüz xəmirlər iki qatına çıxacaq şəkildə 30 dəqiqəyə yaxın mayalandırın.

Hamburger Çörəyinin Bişirilmə Qaydası
3

✅ Mayalanan xəmirlərin üzərinə yumurta sarısı, küncüt istəyə görə çörək otu səpin.
✅ Sobanı əvvəlcədən 220 dərəcəyə yaxın qızdırın.
✅ Əvvəlcədən 220 dərəcə qızdırılmış sobada 6 dəqiqə
✅ 190 dərəcədə 5-6 dəqiqə içini çəkənə qədər və bərabər şəkildə qızarana qədər bişirin.
✅ Bişən hamburger çörəklərini soyumağa qoyun.

Hamburger Küftəsinin Hazırlanma Qaydası
4

evdə hamburger küftəsi

✅ Geniş bir qabın içərisinə qiymə, xardal və ədviyyatları qoyub yoğurun.
✅ Ədviyyatlar tamamən qarışdıqdan somra küftələri 6 bərabər parçaya ayırın.
✅ 100-110 qramlıq küftələr hazırlayıb bişirin.
✅ Küftələr çörəkdən bir az iri olsun ki, bişəndə kiçiləcəkdir.
✅ Yağsız tavada və ya soba sinisində bişirə biləriniz.

Hamburgerin Hazırlanma Qaydası
5

✅ Hazırlamış olduğunuz hamburger çörəklərini bərabər olmaqla iki yerə bölün.
✅ İç tərəflərini tost maşınında azca qızardın.
✅ Ardından çörəyin bir parçasına mayonezi, digər tərfəfinə xardalı yayın.
✅ Bir tavada bişən və ya bişməyə yaxın olan küftələrin üzərinə bir dilim cheddar pendirini qoyub əridin.
✅ Çörəyin alt hissəsinə kahını, pomidoru və turşunu qoyun.
✅ Ardından üzərinə pendirli küftəni qoyun.
✅ Ən son üzərinə ikinci çörək parçasını qoyun.

Hamburgerin Servis Qaydası
6

✅ Hazırladığınız hamburgerləri ayranla birlikdə servis edə bilərsiniz.

Nuş Olsun!