Evdə lahmacun hazırlamağın öz ləzzəti vardır. Evdə hazırlanan lahmacunun ətri mətbəxi bürüdükdə bu ləzzət başqa olur. Evdə hazır yuxayla lahmacun hazırlamaq çox rahatdır. Lahmacunu bol köpüklü bir ayranla servis etmək daha ləzzətli edir.
✅ Cəfərini yuyub suyunu qurutmaq üçün bir mətbəx dəsmalının üzərinə yayın.
✅ Yaşıl bibəri, kapya bibəri, pomidoru yuyub suyunu mətbəx dəsmalının yardımı ilə qurudun.
✅ Sarımsağın və soğanın qabığını soyun.
✅ Lahmacun üçün istifadə edəcəyiniz Milli dad lavaşını torbasından çıxardın.
✅ Lahmacun bişirəcəyiniz qəlibin içərisinə bişirmə kağızı sərin.
✅ Yaşıl bibəri, kapya bibəri, pomidoru, soğanı, cəfərini və sarımsağı kiçik-kiçik doğrayın.
✅ Doğradığınız tərəvəzləri bir qabın içərisinə alın və üzərinə hazırladığınız qiyməni əlavə edərək qarışdırın.
✅ Ərzaqlar qarışdıqdan sonra üzərinə duz, istiot, ədviyyat, bibər tomatını əlavə edib yenidən qarışdırın.
✅ Ərzaqlar tamamən qarışdıqdan sonra bir kənara alın.
✅ Hazır Milli dad lavaşını açın.
✅ Üzərinə hazırladığınız qiyməli qarışımını bərabər olmaqla yayın.
✅ Sobanı əvvəlcədən qızdırmağa çalışın.
✅ Qızdırmış olduğunuz sobada hazırladığınız lahmacunu bişirin.
✅ Lahmacun bişdikdən sonra sobadan çıxardın .
✅ Sobadan çıxartdığınız lahmacunun yanına limon dilimi və iri doğranmış cəfəri qoyaraq bol köpüklü ayranla birlikdə servis edin.