Yazdırma Seçimləri:

Evdə Hazır Yuxayla Lahmacun

Verimlilik1 PorsiyaHazırlanma Müddəti20 dəqBişmə Vaxtı5 dəqÜmumi Vaxt25 dəq

Evdə lahmacun hazırlamağın öz ləzzəti vardır. Evdə hazırlanan lahmacunun ətri mətbəxi bürüdükdə bu ləzzət başqa olur. Evdə hazır yuxayla lahmacun hazırlamaq çox rahatdır. Lahmacunu bol köpüklü bir ayranla servis etmək daha ləzzətli edir.

Evdə hazır yuxayla Lahmacun

Yuxayla Lahmacun Hazırlamaq Üçün Lazım Olan Ərzaqlar
 Milli dad lavaş
 200 q qiymə
 1 ədəd kapya bibər
 1 ədəd quru soğan
 0,50 dəstə cəfəri
 1 ədəd yaşıl bibər
 ala bildiyi qədər duz
 1 çay qayığı quru nanə
 ala bildiyi qədər pul bibər
 ala bildiyi qədər istiot
 1 yemək qaşığı bibər tomatı
 1 diş sarımsaq
Lahmacunun Üzəri Üçün
 1 ədəd 4-ə bölünmüş limon
 doğranmış cəfəri
👉Yuxayla Lahmacun Hazırlamaq Üçün Lazım Olan Ərzaqlarının Yığılması
1

✅ Cəfərini yuyub suyunu qurutmaq üçün bir mətbəx dəsmalının üzərinə yayın.
✅ Yaşıl bibəri, kapya bibəri, pomidoru yuyub suyunu mətbəx dəsmalının yardımı ilə qurudun.
✅ Sarımsağın və soğanın qabığını soyun.
✅ Lahmacun üçün istifadə edəcəyiniz Milli dad lavaşını torbasından çıxardın.
✅ Lahmacun bişirəcəyiniz qəlibin içərisinə bişirmə kağızı sərin.

👉Lahmacun Ərzaqlarının Hazırlanma Qaydası
2

✅ Yaşıl bibəri, kapya bibəri, pomidoru, soğanı, cəfərini və sarımsağı kiçik-kiçik doğrayın.
✅ Doğradığınız tərəvəzləri bir qabın içərisinə alın və üzərinə hazırladığınız qiyməni əlavə edərək qarışdırın.
✅ Ərzaqlar qarışdıqdan sonra üzərinə duz, istiot, ədviyyat, bibər tomatını əlavə edib yenidən qarışdırın.
✅ Ərzaqlar tamamən qarışdıqdan sonra bir kənara alın.

👉 Lahmacunun Bişirilməsi Qaydası
3

✅ Hazır Milli dad lavaşını açın.
✅ Üzərinə hazırladığınız qiyməli qarışımını bərabər olmaqla yayın.
✅ Sobanı əvvəlcədən qızdırmağa çalışın.
✅ Qızdırmış olduğunuz sobada hazırladığınız lahmacunu bişirin.
✅ Lahmacun bişdikdən sonra sobadan çıxardın .

👉Lahmacunun Servis Edilmə Qaydası
4

✅ Sobadan çıxartdığınız lahmacunun yanına limon dilimi və iri doğranmış cəfəri qoyaraq bol köpüklü ayranla birlikdə servis edin.

Nuş Olsun!