Yazdırma Seçimləri:

Evdə Hazırlanan Asan Pizza

Verimlilik1 PorsiyaHazırlanma Müddəti10 dəqBişmə Vaxtı20 dəqÜmumi Vaxt30 dəq

Yarım saatdan daha qısa müddətdə hazırlaya biləcəyiniz, tərkibindəkiləri öz istəyinizə görə müəyyənləşdirə biləcəyiniz, çox asan bir pizza reseptini sizlərlə paylaşmaq istədik. Damaq dadınıza uyğun, ürəyinizin istədiyi kimi , evdə olan ərzaqları reseptə əlavə edə bilərsiniz.

Daha ətraflı oxu: https://leydi.az/metbex-19/evde-qisa-muddetde-hazirlanan-asan-pizza-resepti-784

pizza

🍕 Xəmir Üçün Lazım Olan Ərzaqlar
 4 stəkan un
 1 stəkan duru yağ
 1 paket maya
 1 çimdik duz
 ilıq su
🍕Sosu Üçün Lazım Olan Ərzaqlar
 2 yemək qaşığı tomat pastası
 2 yemək qaşığı duru yağ
 1 yemək qaşığı kəklikotu
 qırmızı bibər
 isriot
 1 stəkan su
 1 çimdik duz
🍕Üzəri Üçün Lazım Olan Ərzaqlar
 12 ədəd sossika dilimi
 qara zeytun
 yaşıl zeytun
 1 stəkan dənələnmiş qarğıdalı
 200 q holland pendiri
 200 q qaynadılmış göbələk
 öz istəyinizə görə ərzaqlar da istifadə edə bilərsiniz
🍕Pizza Üçün Lazım Olan Ərzaqların Yığılması
1

✅ Pizza üçün istifadə edəcəyiniz unu bir yoğurma qabına ələyin
✅ İstifadə edəcəyiniz mayanı bir kasaya yığın.
✅ Lazım olacaq qədər duzu kasaya yığın.
✅ İstifadə edəcəyiniz duru yağı da bir stəkana süzün.
✅ Lazım ola biləcək qədər ilıq suyu stəkana süzün.
✅ 2 yemək qaşığı tomat pastasını kiçik kasaya alın.
✅ Pizza üçün istifadə edəcəyiniz kəklikotunu kiçik kasaya yığın.
✅ Pizza üçün istifadə edəcəyiniz qırmızı bibəri, istiotu ayrı-ayrı kasalara yığın.
✅ Qara və yaşıl zeytunu ayrı-ayrı kasalara yığın.
✅ Pizza üçün istifadə edəcəyiniz sossikanı bir kasaya yığın.
✅ Dənələdiyiniz qarğıdalını bir kasaya yığın.
✅ İstifadə edəcəyiniz holland pendirini bir kasaya yığın.
✅ Təmizlədiyiniz göbələkləri bir kasaya yığın.

🍕Pizza Üçün Xəmirin Hazırlanması
2

✅ Əvvəlcə mayanı kiçik bir qaba qoyun və çox az miqdarda su ilə qarışdırıb, yaxşıca əridin.
✅ Unu yoğurma qabına tökün və ortasını hovuz şəklində açın.
✅ Unun kənarlarına bir az duz səpin (ortaya duz tökməyin) və un hovuzunun ortasına suda əritdiyiniz mayanı tökün.
✅ Ardınca maye yağı əlavə edib yavaş-yavaş ilıq suyu əlavə edərək pizza xəmiri yoğurmağa başlayın.
✅ Qulaq ucu yumşaqlığına yaxın, yumşaq konsistensiyada bir xəmir əldə edin.
✅ Yoğurma əməliyyatını bitirincə pizza xəmirinin üzərini bağlayıb 10 dəqiqə mayalandırın.
✅ Xəmir mayalandığı müddətdə isə sosu hazırlamağa başlayın.

🍕Pizzanın Sosunun Hazırlanması
3

✅ Ərzaq siyahınıza uyğun həcmdə bir kasaya tomatı tökün.
✅ Sonra maye yağı, qırmızı bibəri və istiotu tökün.
✅ İstəsəniz, bir azca nanə də əlavə edə bilərsiniz.
✅ Duzu da əlavə edib, hamısını yaxşıca qarışdırın.
✅ Artıq sosumuz hazırdır.

🍕Pizzanın Bişirilməsi
4

✅ Sonra pizzanın üzərinə qoyacağımız ərzaqları doğrayaraq pizzanı hazırlayın.
✅ Mayalanmış pizza xəmirini oxlov ilə açın.
✅ Xəmiri azca yağladığınız siniyə yerləşdirin.
✅ Pizza xəmirini əvvəldən qızdırdığınız 180 dərəcəlik sobaya qoyun.
✅ Pizzanın üzərini 5 dəqiqə bişirsək pizzamız daha ləızzətli olacaqdır.
✅ 5 dəqiqə sonra pizzanı sobadan çıxardın.
✅ Xəmirin üzərinə sosu tökün və pizzanın üzərinə yayın.
✅ Sonra rəndələnilmiş holland pendirini, sosiskaları, göbələyi və istifadə etmək istədiyimiz bütün ərzaqları əlavə edin.
✅ Əvvəlcədən 180 dərəcəyə yaxın qızdırdığınız sobaya yenidən yerləşdirin.
✅ Pizzanın üzərində olan ərzaqları bişdiyi zaman pizzamız hazırdır.

🍕Pizzanın Servis Edilməsi
5

Pizzanı hər bir öyün yeməyində təqdim edə bilərsiniz.Uşaqların çox sevdiyi bir yeməkdir Pizza. Pizzanı arzunuza görə bəzəyərək çayla və bol köpüklü ayranla servis edə bilərsiniz.

Nuş Olsun!