Yazdırma Seçimləri:

Evdə Hazırlanan Əriştə

Verimlilik1 PorsiyaHazırlanma Müddəti1 saatÜmumi Vaxt1 saat

Evdə hazırlanan ərişdə

Lazım Olan Ərzaqlar
 30 ədəd yumurta
 3 kq süd
 2 kq su
 yetərincə un
 duz
Hazırlanma Qaydası
1

✅ Yumurta, süd, su və duzu ortası hovuz kimi açılmış unun içərisinə alın.
✅ Bütün ərzaqları yavaş- yavaş una yedirdərək sərt bir xəmir hazırlayın.
✅ Yaxşı yoğrulan xəmiri yumurta böyüklüyündə kündələrə ayıraraq bir saat kənarda, təmiz bir örtüyün altında dinlənməyə alın.
✅ Hər bir kündədən çox incə olmayacaq şəkildə süfrə böyüklüyündə yuxalar açın.
✅ Açılan yuxalar təmiz bir örtük üzərində bir -birinə dəyməyəcək şəkildə sərin.
✅ Yuxalar havalı və günəş görməyən bir ortamda 5-6 saat qurumağa buraxın.
✅ Yuxaları üst-üstə 10-12 ədəd qoyub əvvəlcə 5-6 sm qalınlığında lentvari kəsin.
✅ Kəsilən hər bir lentvari yuxanı iti bir bıçağın köməyi ilə 1-2 mm qalınlığında eninə kəsin.
✅ Əldə olunan kəsilmiş ərişdə xəmirlərini yenidən quru bir bez üzərinə sərin və kölgə bir yerdə 4-5 gün ərzində qurudun.
✅ Hazır olan ərişdələri nəmdən üzaq sərin bir yerdə quru bez torbada saxlamaq olar.