Yazdırma Seçimləri:

Evdə Hazırlanan Hamburger Çörəyi

Verimlilik8 PorsiyonHazırlanma Müddəti1 saatBişmə Vaxtı25 dəqÜmumi Vaxt1 saat 25 dəq

Evdə hamburger çörəyi hazırlamaq çox asand və rahatdır. Hamburger çörəyinin ətri, ləzzəti bir başqa olur.
Uşaqların sevərək yedikləri bir çörəkdir hamburger çörəyi.Bu çörəyin içinə sobada bişirdiyiniz küftə qoyduqda dadından doyum olmaz. Hamburger çörəyi necə hazırlanır? Hamburger üçün küftələri necə hazırlamaq olar?
Hamburgrt necə hazırlanır?

evdə hazırlanan hamburger çörəyi

🍔Evdə Hazırlanan Hamburger Çörəyi üçün Lazım Olan Ərzaqlar
 1 stəkan ilıq su
 ½ stəkan ilıq süd
 1 ədəd yumurta
 2 yemək qaşığı əridilmiş kərə yağı
 1 paket instant maya
 1 yemək qaşığı şəkər tozu
 ala bildiyi qədər duz
 4 stəkan un
 2 yemək qaşığı əlavə un
🍔Hamburger Çörəyi Hazırlamaq Üçün Lazım Olan Ərzaqların Yığılması
1

✅ Yoğurma qabına unu ələyin.
✅ Bir qabda istifadə edə biləcəyiniz qədər duz qoyun.
✅ İstifadə edcəyiniz mayanı da bir kiçik qaba qoyun.
✅ Xəmiri yoğurmaq üçün lazım olacaq suyu isidib bir qabda qoyun.
✅ Soba sinisinə yağlı kağız sərin.
✅ Bir tavada kərə yağını əridin.
✅ Süd və suyu ayrı -ayrı stəkanlarda qoyun.
✅ İstifadə edəcəyiniz yumurtanı da bir kasada qoyun.

🍔Evdə Hamburger Çörəyi Xəmirinin Hazırlanma Qaydası
2

evdə hazırlanan hamburger çörəyi

✅ Yoğurma qabına un və duz xariç bütün ərzaqları alıb qarışdırın.
✅ 10 dəqiqə bu şəkildə saxlayın.
✅ 2 stəkan unu əlavə edib qarışdırın.
✅ Unu qarışdırdıqdan sonra duzu əlavə edib təkrar qarışdırın.
✅ Qalan unuda əlavə edib çox da yumşaq olmayan bir xəmir yoğurun.
✅ Yoğurduğunuz xəmirin üzərini qapadıb çox da isti olmayan bir yerdə 40 dəqiqəyə yaxın mayalanmağa qoyun.
✅ Mayalanan xəmirin əlinizlə havasını alın , yəni yenidən yoğurun.
✅ Xəmir mayalandıqdan sonra dəzgaha alın .
✅ 8 ədəd bərabər ölçüdə kündə hazırlayın.

🍔Evdə Hamburger Çörəyi Xəmirinin Bişirilmə Qaydası
3

✅ Yoğurmuş olduğunuz xəmirdən 8 ədəd bərabər ölçüdə kündə olacaqdır.
✅ Xəmiri kündələyin.
✅ Xəmir bir az kündədə dincəldikdən sonra yağlı kağız sərilmiş soba listinə düzün.
✅ Üzərini qapadıb 20 dəqiqə gözlədərək xəmirin kündəsinin düşməsini gözləyin.
✅ Mayalandıqdan sonra çörəklərin üzərinə su çəkib küncüd səpin.
✅ Əvvəlcədən 220 dərəcə qızdırılmış sobada qızarana qədər bişirin.

🍔Evdə Hazırlanan Hamburger Çörəyinin Servis Etmək Qaydası
4

✅ Sobadan çıxan çörəklərin üzərinə çox az kərə yağı vurun parlaq görünsünlər.
✅ Soyuyunca hamburger üçün istifadə edə bilərsiniz.
✅ Zövqünüzə uyğun bəzəyərək istədiyiniz ərzaqlarla servis edə biləırsiniz.

Nuş Olsun!
Qida Dəyərləri

Porsiya 0