Yazdırma Seçimləri:

Evdə Lahmacun

Verimlilik1 PorsiyaHazırlanma Müddəti1 saat 20 dəqBişmə Vaxtı10 dəqÜmumi Vaxt1 saat 30 dəq

Lahmacunən çox sevdiyimiz yeməklərin başında gəlir. Ancaq onu evdədə çox ləzzətli hazırlamaq mümkündür. Bol sumaqlı soğanla birlikdə servis etmək mümkün olan ləzzətli bir lahmacun reseptini 1001dad.com saytı sizlərə təqdim edir. Bu gün lahmacunu restoranlarda yox özümüz evdə hazırlayacağıq. Evdə hazırladığımız lahmacun həm dadlı, həm də doyumludur. Bu təriflə biz çox gözəl bir həftə sonu keçirərək bir süfrə ətrafına yığışa bilərik.
Xırt-xırt lahmacun xəmirinin səsini evinizdən eksik etməyin. Biz dedik, qalanları isə artıq sizlikdir...

Lazım Olan Ərzaqlar
 5 stəkan un
 0,50 çay qayığı şəkər tozu
 2 stəkan ilıq su
 duz
 1 paket maya
İçlik Üçün
 500 q qiymə
 2 ədəd pomidor
 2 ədəd soğan
 1 çay qayığı duz
 1 dəstə cəfəri(istəyə görə)
 soğan
 2 ədəd qırmızı bibər
 2 ədəd yaşıl bibər
 1 yemək qaşığı pomidor tomatı
 1 yemək qaşığı bibər tomatı
 1 çay qayığı toz qırmızı bibər
 1 stəkan duru yağ
 ¼ stəkan ilıq su
Lahmacun Üçün Ərzaqların Yığılması
1

✅İstifadə edəcəyiniz dana ətini təmizləyib yuyaraq aşsüzənə yığın.
✅Pomidor və bibərləri yuyub mətbəx dəsmalının üzərinə yığın.
✅ Lazım olacsaq soğanı soyub kasaya yığın.
✅Pomidor və bibər tomatını ayrıca kasalara yığın.
✅Cəfərini yuyb mətbəx dəsmalının üzərinə yığın.
✅Duru yağı stəkana süzün.
✅İstifadə edəcəyiniz unu qarışdırma qabına ələyin.
✅Lazım olan duzu və şəkər tozunu kasaya yığın.
✅İstifadə edəcəyiniz suyu stəkana süzün.


Lahmacun Üçün Xəmirin Hazırlanması
2

✅ Ev şəraitində lahmacun bişirmək üçün un, maya və duzu qarışdırıb, ilıq su ilə xəmir yoğurun.
✅Çox da bərk olmayan bir xəmir yoğurun.
✅ Xəmiri yoğurduqdan sonra özünü tutması üçün yarım saat - 1 saat arası gözləyin.
✅Xəmirin üzərini strec filmlə qapadın.

İçliyin Hazırlanması
3

✅ Lahmacun xəmiri mayalanana qədər içliyi hazırlayın.
✅ Bunun üçün qiymə və ədviyyatları yaxşıca yoğurun.
✅ Kiçik doğranmış pomidor və rəndələnmiş soğanı və duzu bir-birinə qarışdırın.
✅ Daha sonra qiyməyə azca su əlavə edib yaxşıca qarışdırın.

Diqqət
4

Ləzzətli bir lahmacun üçün lahmacun xərci bir az sulu olmalıdır.
İç xərci xəmirin üzərinə gələcək şəkildə yayılmalıdır.

Lahmacunun Hazırlanması
5

✅ Mayalanmış xəmiri yumurta böyüklüyündə kündələrə ayırın.
✅ Kündələrin yapışmaması üçün masanı unlayın.
✅ Sonra lahmacun kündələrini açın.
✅ İstədiyiniz ölçüdə yaya bilərsiniz.
✅ Tavanızın ölçüsündən asılıdır.
✅ Yayılmış lahmacun yuxasının birinin üzərinə hazırladığınız içliyi bərabər şəkildə yayın.
✅ Eyni qayda ilə bütün lahmacunu hazırlayın.
✅ Qiymənin yuxaya yaxşı yapışması üçün bir az gözləyin.

Lahmacunun Bişirilməsi
6

✅ Geniş bir tavanı ocağa qoyun və tavanın altına un səpin.
✅ Tava isindikdən sonra lahmacunu bu tavanın içərisinə qoyun.
✅ Vam odda bişirin.
✅ Tavanı ocağın geniş gözünə qoymaq lazımdır ki, tavanın hər tərəfindən bərabər şəkildə istilik gəlsin və lahmacun yanmasın və hər tərəfi eyni vaxtda bişə bilsin.
✅ Lahmacunu qızdırdığınız tavaya yerləşdirin və vam odda qapağı qapalı halda 5 dəqiqə bişirin.
✅Ardından qapağını açıb 4-5 dəqiqə daha bişirib ocaqdan alın.
✅Eynı işləmi bütün xəmirə tətbiq edin.
✅ Bişdikdən sonra bir qaba mətbəx dəsmalı sərin və hazır lahmacunu onun üzərinə yığın.

Servis Edilməsi
7

✅ Süfrəyə verilərkən iki qat lahmacun yuxasını bir birindən ayırın və içərisinə hazırladığınız göyərti, soğan və dilimlənmiş limon qoyaraq süfrəyə verin.
✅ Yanında ayranla birlikdə servis edə bilərsiniz.

Nuş Olsun!