Yazdırma Seçimləri:

Ezogəlin şorbası.

Verimlilik1 PorsiyaHazırlanma Müddəti10 dəqBişmə Vaxtı20 dəqÜmumi Vaxt30 dəq

Lazım olan ərzaqlar
 1 stəkan qırmızı mərcimək
 1 stəkan bulqur
 düyü
 1 ədəd orta boy soğan
 1 yemək qaşığı un
 2 yemək qaşığı tomat pastası və ya pomidor
 2 yemək qaşığı kərə yağı
 3 yemək qaşığı duru yağ
 2 diş sarımsaq
 nanə
 qırmızı bibər
 duz
 istiot
Hazırlanma qaydası
1

Qazana kərə yağı və 1 yemək qaşığı duru yağı qoyaraq qızdırın.
Soğan və sarımsağı əvvəlcə qabığını soyun.
Soyduqdan sonra təmiz yuyun.
Soymuş olduğunuz soğan və sarımsaqları kiçik -kiçik doğrayın və qazanda qızdırdığınız yağın içinə tökərək qovurun.
Bunlar qovrularkən arada düyünü, mərciməyi və bulğuru təmiz yuyun.
Yuduğunuz ərzaqların suyunu süzün.
Soğan və sarımsaqlar hazır olduqdan sonra üzərinə yuduğunuz və suyu süzülmüş olan qırmızı mərciməyi, düyü və bulğuru əlavə edərək qovurun .
Ərzaqlar tamamən qovrulduqdan sonra üzərinə 1 litrə qədər su əlavə edərək qazanın qapağını örtün və bişməyə qoyun.
Ərzaqlar bişdikdən sonra ocağı söndürün.
Ayrı bir qazanda 2 yemək qaşığı duru yağı qızdırın.
1 yemək qaşığı unu qızdırılmış yağın içinə əlavə edərək qovurun.
Qovrulmuş unun üzərinə 2 yemək qaşığı tomatı əıavə edin.
Tomatı da qovurduqdan sonra 1 su stəkanı qədər su əlavə edərək qaynadın.
Nanə, qırmızı bibər, istiot əlavə edərək hazırlanan sosu ocaqdan alıb şorbaya əlavə edin.
Duzu da əlavə edərək 1-2 dəqiqə qaynadın.
Ezogəlin şorbamız servisə hazırdır.

Nuş olsun!