Yazdırma Seçimləri:

Falafel

Verimlilik4 PorsiyonHazırlanma Müddəti30 dəqBişmə Vaxtı20 dəqÜmumi Vaxt50 dəq

Falafel və ya Tamiya humus və künəfə kimi, İsrail və Fələstin mətbəxinə məxsus bir yemək tərifidir . Hal-hazırda bütün Orta Şərqdə işstifadə olunan bir yeməkdir. Noxudu və yaxud da lobyanı müxtəlif ədviyyatlarla qarışdıraraq yağda qızartmaqla hazırlanır. Ən çox məzə kimi istifadə edilir. Çox ləzzətli bir yeməkdir. Sizlərin də hazırlamasını tövsiyyə edərdik.

falafel

🧆Falafel Üçün Lazım Olan Ərzaqlar
 1,50 stəkan noxud
 1 ədəd soğan
 2 diş sarımsaq
 ½ dəstə cəfəri
 ½ dəstə kişniş
 1 yemək qaşığı qırmızı pul bibər (şirin)
 0,50 çay qayığı qarabibər
 1 çay qayığı cirə
 2 yemək qaşığı un
 duz
  dəstə təzə soğan
 1 çay qayığı qabartma tozu
Falafel Sosu Üçün
 1 stəkan süzmə qatıq
 1 yemək qaşığı limon suyu
 1 yemək qaşığı küncüt
 2 diş sarımsaq
Qızartmaq Üçün
 1 stəkan duru yağ
🧆Falafel Üçün Ərzaqların Yığılması Qaydası
1

✅ Lazım olacaq soğanı və sarımsaqları soyub ayrı-ayrı kasalara yığın.
✅ İstifadə edəcəyiniz noxudu yuyub təmizlədikdən sonra bir kasaya yığın.
✅ Falafel üçün istifadə ediləcək cəfəri, soğan və keşnişi yuyub təmizlədikdən sonra bir mətbəx dəsmalının üzərinə yığın.
✅ Falafel üçün istifadə ediləcək unu bir kasaya yığın.
✅ Falafel hazırlamaq üçün lazım olan küncütü, duzu, istiotu, qırmızı pul bibəri, qabartma tozunu kiçik kasalara yığın.
✅ Lazım olacaq qədər limonu yuyub bir dəsmal üzərinə yığın.
✅ İstifadə edəcəyiniz qatığı bir kasaya yığın.

Falafel Üçün Ərzaqların Hazırlanma Qaydası
2

falafel-hazırlama

✅ Bir gecə əvvəlcədən suda islatdığınız noxudun suyunu süzün və bir rondonun içinə tökün.
✅ Noxudların üzərinə əvvəlcədən küp- küp doğradığınız soğanları, sarımsaqları əlavə edərək rondoyu bir dəfə çalışdırın.
✅ Ardından doğradığınız cəfəri, təzə soğanı əlavə edib rondoda qarışdırın.
✅ Robotda ərzaqları çəkdikdən sonra özünüz də bir spatula yardımıyla mütləq bir az qarışdırın.
✅ Qarışıma ədviyyatları da əlavə edib təkrar rondoda qarışdırın.
✅ Hazırlanan qarışımı dərin bir qabın içərisinə alıb unu əlavə edərək yoğurun.
✅ Hazır olduğunda üzərini bir streç film ilə qapadıb 1 saat soyuducuda saxlayın.
✅ Soyuducudan çıxartdığınız falafel xərcndən əlinizlə qozdan kiçik parçalar alaraq yuvarlayın.

Falafel Üçün Sosun Hazırlanması
3

✅ Limonu 2 yerə bölüb suyunu süzün.
✅ Bu arada sosu hazırlamaq üçün süzmə qatığın içinə sarımsağı, tahini, limon suyunu əlavə edib yaxşıca qarışdırın.

Falafelin Bişirilmə Qaydası
4

falafel bişirmə

✅ Falafel köftələriniz hazır olduğunda yaxşıca qızdırdığınız yağın içərisinə atıb qızartmağa başlayın.
✅ Falafelləri qızardarkən içlərinin yaxşı bişməsi üçün orta atəşdə qızartmağa diqqət edin.

Falafelin Servis Edilmə Qaydası
5

✅ Qızartdığınız falafel küftələrini hazırladığınız sos ilə birlikdə servis edə bilərsiniz.
✅ Turşu, təzə tərəvəzlərlə də servis edə bilərsiniz.

Nuş Olsun!
Qida Dəyərləri

Porsiya Miqdarı 100 q

Porsiya 4


Porsiya Başına Miqdar
Kalori 332
% Gündəlik Dəyər *
Toplam Yağ 18g28%

Doymuş Yağ 2.4g12%
Xolesterol 0mg

* Yüzdə Gündəlik Dəyərlər 2000 kalorili pəhrizə əsaslanır. Gündəlik dəyəriniz kalori ehtiyacınıza görə daha yüksək və ya daha aşağı ola bilər.