Yazdırma Seçimləri:

Fəsəli

Verimlilik1 PorsiyaHazırlanma Müddəti35 dəqBişmə Vaxtı25 dəqÜmumi Vaxt1 saat

Bayram süfrələeinə bəzək verən şirniyyatlardan biri də fəsəlidir. Hazır fəsəlinin qəlb oxşayan xırtıltısı və ətri insanı valeh edir. Milli mətbəximizin çox sevilən bir şirniyyatıdır. Bu şirniyyatdan həm də toy xonçalarını bəzəmək üçün istifadə edirlər.

Fəsəli

Fəsəli Üçün Lazım Olan Ərzaqlar
 2 stəkan un
 1 paket Kenton qabartma tozu
 1 çay qayığı quru maya
 1 çimdik duz
 1 stəkan ilıq süd
Fəsəlinin İçliyi Üçün
 6 yemək qaşığı ərinmiş kərə yağ
Fəsəlinin Üzəri Üçün
 Kenton şəkər kirşanı
Fəsəlini Bişirmək Üçün
 duru yağ
Fəsəli Hazırlamaq Üçün Ərzaqların Yığılması
1

✅ İstifadə edəcəyiniz unu bir qarışdırma qabına ələyin.
✅ Lazım olacaq quru mayanı kasaya alın.
✅ İstifadə edəcəyiniz duzu kasaya yığın.
✅ İstifadə edəcəyiniz südü stəkana süzün.
✅İstifadə edəcəyiniz kərə yağını kasaya yığın.
✅ Fəsəlini bişirmək üçün lazım olacaq duru yağı bir bişirmə tavasına süzün.
✅ İstifadə edəcəyiniz Kenton qabartma tozunu bir kasaya yığın.

Fəsəli Xəmirinin Hazırlanması
2

✅Unu böyük bir kasanın icərisinə ələyin və ortasında çuxur düzəldin.
✅Una quru maya, duz, Kenton qabartma tozu, südün bir hissəsini qatıb xəmir yoğurun.
✅Əllərinizlə kündə forması alana kimi yoğurun.
✅Əgər xəmir əllərinizə yapışırsa, bir az daha un əlavə edin.
✅Mətbəxt dəsmalı ilə bükün və 10 dəqiqə dincəlməyə qoyun.
✅Südün qalan hissəsini isə yavaş- yavaş ehtiyac olduğu qədər əlavə edin.
✅Xəmir yoğrulub ələ yapışmamağa başladıqdan sonra 2 kündəyə bölün.
✅ İstifadə edəcəyiniz şəkər kirşanını bir kasaya yığın.

Fəsəlinin Hazırlanma Qaydası
3

✅Xəmiri yaymaq üçün masanın və kündənin üzərinə bir az un səpib çox yuxa bir formada yayın.
✅Yaydıqdan sora üzərinə ərimiş yağı bərabər olacaq şəkildə sürtün.
✅Yağlı yuxanı rulet halında bükün.
✅Bundan sonra ruleti spiral formasında bükün.

Fəsəlinin Bişirilmə Qaydası
4

✅Fəsəlini bişirmək üçün dərin və fəsəlinin ölçüsünə yaxın bir tavada duru yağ isidin.
✅Spiral formasında bükülmüş fəsəlini bu yağda qızılı rəng alana kimi bişirin.

Fəsəlinin Servis Edilməsi
5

✅Bişən fəsəli soyuduqdan sonra üzərinə Kenton şəkər kirşanı səpin.
✅Fəsəlini pürrəngi çayla birlikdə servis edə bilərsiniz.

Nuş Olsun!