Yazdırma Seçimləri:

Fəsəli

Verimlilik1 PorsiyaHazırlanma Müddəti50 dəqBişmə Vaxtı10 dəqÜmumi Vaxt1 saat

Fəsəli milli mətbəximizə məxsus bir şirniyyatdır. Bu şirnyyatı əsasən bayramda bişirirlər. Evdə olan ərzaqlarla hazırlanan bir şirniyyatdır. Fəsəli çox rahat hazırlanır. Həm bayram süfrələrinin, həm də çay süfrələrinin bəzəyidir.

Fəsəli

Fəsəli Üçün Lazım Olan Ərzaqlar
 2 stəkan un
 1 paket Kenton qabartma tozu
 1 çay qayığı maya
 1 çimdik duz
 1 stəkan ilıq süd
Fəsəlinin İçliyi Üçün
 6 yemək qaşığı ərinmiş kərə yağı
Fəsəlinin Üzəri Üçün
 Kenton şəkər kirşanı
Fəsəlini Bişirmək Üçün
 ala bildiyi qədər duru yağ
Fəsəlinin Ərzaqlarının Yığılması
1

1. Fəsəli bişirmək üçün lazım olacaq unu bir yoğurma qabına ələyin.
2. Fəsəli üçün istifadə edəcəyiniz quru mayanı kiçik kasaya yığın.
3. Fəsəli xəmirinə qatmaq üçün lazım olacaq qədər duzu bir kasaya alın.
4.Fəsəli xəmirinə qatmaq üçün lazım ola biləcək qədər südü bir stəkana süzün.
5 . Lazım olacaq Kenton şəkər tozunu bir kasaya alın.
6. İstifadə ediləcək kərə yağını bir kasaya alın.
7. Fəsəlini bişirmək üçün duru yağı tavaya süzün.
8. Fəsəliyə vurmaq üçün lazım olacaq Kenton qabartma tozunu bir kasaya alın.

Fəsəlinin Xəmirinin Hazırlanması
2

1. Ələmiş olduğunuz unu yoğurma qabına alın.
2. Yoğurma qabına ələdiyiniz unun üzərinə quru maya. duz , Kenton qabartma tozu və südü əlavə edib xəmir yoğurun.
3. Ələ yapışmayan xəmir əldə edənə qədər xəmiri yoğurun.
4. Yoğrulan xəmir ələ yapışmırsa hazır hesab olunur.

Fəsəlinin Hazırlanması Qaydası
3

1. Ələ yapışmayan xəmir əldə etdikdən sonra, xəmiri dəzgahın üzərinə alın və kündələrə ayırın.
2. Kündələri oval şəklində yumrulayın.
3. Dəzgahın üzərinə un səpib kündələri bir-bir yayın.
4. Yaydığınız yuxanı əridilmiş kərə yağı ilə yağlayıb rulon kimi bükün.
5. Sonra rulonu yumrulayın.

Fəsəlinin Bişirilməsi
4

1. Ocağı yandırın.
2. Tavada yağı qızdırın.
3. Hazırladığınız rulonu yağda qızardın.
4. Bişirdiyiniz fəsəlini bir dəsmalın üzərinə alın artıq yağını çəksin .
5. Bişirdiyiniz fəsəlinin soyumasını gözləyin.

Fəsəlinin Servis Edilməsi aydası
5

Fəsəli soyuduqdan sonra üzərinə Kenton şəkər pudrası səpərək s çayla birlikdə servis edin.

Nuş olsun!