Yazdırma Seçimləri:

Fettuccine Alfredo

Verimlilik6 PorsiyonHazırlanma Müddəti10 dəqBişmə Vaxtı30 dəqÜmumi Vaxt40 dəq

Toyuq ,göbələk ,və qaymaq ləzzətini özündə toplayan fettucini alfredo isti-isti servis edildiyində sarımsaq və fəsləyən ətri ilə adama pəhrzi pozdurar. Tam bir keyf yeməyidir . Doyuruculuğu və ləzzəti ilə insanları özünə bağlayır bu yemək.

🍜Lazım Olan Ərzaqlar
 0,50 kq göbələk
 3 ədəd toyuq filesi
 3 yemək qaşığı yağ
 5 diş sarımsaq
 1 paket krem
 1 stəkan rəndələnmiş çeddar pendiri
 1 çimdik istiot
 1 çimdik köri
 duz
🍜Fettuccine Alfredo Üçün Ərzaqların Yığılması
1

✅ İstifadə edəcəyiniz toyuq döşünü yuyub təmizləyərək aşsüzənə yığın.
✅ İstifadə edəcəyiniz göbələkləri yuyub təmizləyərək suyunu süzün.
✅ İstifadə edəcəyiniz sarımsaqları təmizləyib kasaya yığın.
✅ Lazım ola biləcək qədər qaymağı kasaya yığın.
✅ Bişirmək üçün lazım olan makaronları kasaya yığın.
✅ İstifadə edəcəyiniz pendiri bir kasaya yığın.
✅ Lazım olacaq qədər istiotu,kori və duzu ayrı-ayrı kasalara yığın.

🍜 Fettuccine Alfredonun Ərzaqlarının Hazırlanma Qaydası
2

✅ Toyuq döşünü uzunsov şəkildə doğrayın.
✅ Göbələkləri kubik şəklində doğrayın.
✅ Sarımsaqları rəndələyin.
✅ Makaronları bişirib süzün.
✅İstifadə edəcəyiniz pendiri rəndənin kiçicik gözü ilə rəndələyin.

🍜Fettuccine Alfredonun Bişirilmə Qaydası
3

✅ İlk olaraq makaronu ağız dadınıza görə 8-10 dəqiqə bişməyə buraxın.
✅ Bişərkən içinə bir az duz və duru yağ əlavə etməyiniz ləzzət verəcəkdir və makaronların bir-birinə yapışmamasını təmin edəcəkdir.
✅ Makaronlar bişdikdən sonra süzün.
✅ Daha sonra bir qazana yağı alın.
✅ Yağlar əridikdən sonra sarımsağı əlavə edib 1 dəqiqə qədər qovurduqdan sonra yuyulan göbələkləri əlavə edin.
✅ Ocağın altını bir az açmanızı məsləhət edərdik.
✅ Çünki belədə göbələklər birdən suyunu buraxacaqdır.
✅ Göbələkləri qovurduqdan sonra toyuq ətini əlavə edin.
✅ Toyuq ətinin rəngi dəyişdikdən sonra qaymağı əlavə edin.
✅ Son olaraq duz, istiot və fəsləyəni əlavə edin.
✅ İstəsəniz bir az köri də əlavə edə bilərsiniz.
✅ 5-10 dəqiqə daha bişdikdən sonra makaronları və pendiri əlavə edin.

🍜Fettuccine Alfredonun Servis Edilmə Qaydası
4

Kremin donmamsını gözləmədən fəsləyən yarpaqları ilə isti halda servis edin.

Nuş Olsun!
Qida Dəyərləri

Porsiya Miqdarı 1

Porsiya 6


Porsiya Başına Miqdar
Kalori 150Yağdan Kalori 62
% Gündəlik Dəyər *
Toplam Yağ 1g2%

Doymuş Yağ 6g30%
Trans Yağ 980g
Xolesterol 300mg100%
Natrium 90mg4%
Kalium 70mg2%
Toplam Karbohidrat 10g4%

Diet Lifi 10g40%
Şəkərlər 20g
Zülal 10g20%

A Vitamini 10%
C vitamini 20%
Dəmir 120%
D Vitamini 10%
E Vitamini 10%

* Yüzdə Gündəlik Dəyərlər 2000 kalorili pəhrizə əsaslanır. Gündəlik dəyəriniz kalori ehtiyacınıza görə daha yüksək və ya daha aşağı ola bilər.