Yazdırma Seçimləri:

Fındıqlı Rulon Kurabiye

Verimlilik1 PorsiyaHazırlanma Müddəti55 dəqBişmə Vaxtı30 dəqÜmumi Vaxt1 saat 25 dəq

Fındıqlı rulon kurabuyə

Lazım Olan Ərzaqlar
 250 q otaq temperaturunda marqarin
 ½ stəkan duru yağ
 1 stəkan qatıq
 1 ədəd yumurta sarısı
 1 paket qabartma tozu
 ala bildiyi qədər un
İçlik Üçün
 2 stəkan incə döyülmüş fındıq
 1,50 stəkan şəkər
 2 ədəd yumurtanın ağı
Üzəri Üçün
 1 ədəd yumurta sarısı
Hazırlanma Qaydası
1

✅ Yumşalmış marqarini, maye yağı, qatığı, yumurta sarısı və unu qarışdırın.
✅ Qulaq ucu yumşaqlığında bir xəmir yoğurun.
✅ Hazırladığınız xəmiri 3 bərabər hissəyə bölün.
✅ İçliyi hazırlamaq üçün fındıq, şəkər və yumurta ağlarını qarışdırın.
✅ Ayırdığınız hissələrin hər birini vərdənə ilə düzbucaqlı şəklində çox nazik olmayacaq şəkildə yayın.
✅ Yaydığınız yuxaların hər tərəfinə fındıq əzməli qarışımı yayın.
✅ Fındıq əzməli qarışımı yaydıqdan sonra rulo halında bükün.
✅ Rulonu əlinizlə bir neçə dəfə irəli -geri yayaraq incəldin.
✅ 2 barmaq genişliyində kəsin və yağlı kağız sərilmiş soba listinə düzün.
✅ Əvvəlcədən qızdırdığınız sobaya verin və üzərinə yumurta sarısı sürtün.
✅ Otaq temperaturuna qədər soyuduqdan çayın yanında servis edin.

Nuş Olsun!