Yazdırma Seçimləri:

Sobada ətli kartof dolması

Verimlilik1 PorsiyaHazırlanma Müddəti35 dəqBişmə Vaxtı40 dəqÜmumi Vaxt1 saat 15 dəq

fırında ətli kartof dolması

Lazım olan ərzaqlar
 200 q kiçik doğranmış quşbaşı ət
 1 ədəd kök
 1 stəkan noxud
 1 ədəd soğan
 5 diş sarımsaq
 1 yemək qaşığı tomat
 2 yemək qaşığı kərə yağı
 1 çimdik qarabibər
 1 çimdik cirə
 duz
Püresi üçün
 4 ədəd kartof
 1 ədəd yumurta
 ½ stəkan süd
 ½ stəkan incə rəndələnmiş holland pendiri
 1 yemək qaşığı kərə yağı
 duz
 istiot
Hazırlanma qaydası
1

fırında ətli kartof dolması

Kartofları bişirib soyumağa qoyun.
Soğanı və sarımsağı yeməklik doğrayıb qazana qoyun.
Kərə yağı və bir az duru yağ əlavə edib qovurun.
Quşbaşı əti əlavə edib qovurmağa davam edin.
Ət suyunu buraxdıqdan sonra tomatını əlavə edin.
Kök və noxudu əlavə edib bişməyə qoyun.
Öz suyu yetərli gəlməyəcəkdir .
1 su stəkanı da su əlavə edin.
Ədviyyatlarını və duzunu da əlavə edib bişirin.
Kartoflara kasa şəkli verərək siniyə düzün.
Bişən ət xərcimizi üzərlərinə paylaşdırın.
Qalan püremizə qazanda yağı əridib əlavə edin.
Süd və holland pendiri də qatıb bişirin.
Ətlərinizin üzərini püreylə qapadın.
Üzəri qızarana qədər sobada bişirin.
(sobanı 180- 200 dərəcəyə qədər qızdırın.)

Nuş olsun!