Yazdırma Seçimləri:

Sobada balıq

Verimlilik1 PorsiyaHazırlanma Müddəti10 dəqBişmə Vaxtı30 dəqÜmumi Vaxt40 dəq

Sobada balıq çox ləzzətli olur. Bu formada bişirilən balıq, qida dəyərini də itirmir

Lazım olan ərzaqlar
 2 ədəd balıq
 2 ədəd pomidor
 1 yemək qaşığı kərə yağ
 1 ədəd quru soğan
 dəfnə yarpağı
 bibər
 duz
Hazırlanma qaydası
1

Balığın iç orqanlarını və istənməyən hissələrini atın.
Sonra içalatı təmizlənmiş balığı su altında yaxşıca yuyun.
Təmiz yuyulan balığın içərisinə dəfnə yarpağı yerləşdirin.
Sonra balığa duz, bibər atın,
Balıqları siniyə qoyun.
Sininin içərisinə qoyulan balığın üzərinə ərimiş kərə yağı sürtün.
Sinini sobaya qoyun.
Balıqların yanına pomidor və soğanı düzün.
Balığı limon dilimləri ilə bəzəyin.
Təzə tərə və kahı da verə bilərsiniz.
Balıq yeməyiniz servisə hazırdır.

Nuş olsun!