Yazdırma Seçimləri:

Sobada göbələkli holland pendirli toyuq qızartması

Verimlilik1 PorsiyaHazırlanma Müddəti20 dəqBişmə Vaxtı55 dəqÜmumi Vaxt1 saat 15 dəq

Lazım olanlar
 1 kq quşbaşı doğranmış toyuq döşü
 2 ədəd quru soğan
 200 q göbələk
 5 ədəd yaşıl bibər
 2 ədəd pomidor
 1 yemək qaşığı pomidor tomatı
  istiot
 kəklik otu
  qırmızı pul bibər
 150 q holland pendiri
  duz
 1 stəkan duru yağ
Hazırlanma qaydası
1

Teflon bir tavaya yağ alıb isidin.
Üzərinə toyuq ətini tökərək , ətlər suyunu çəkənə qədər qovurun.
2 ədəd quru soğanın qabığını soyaraq incə-incə doğrayıb qovrulmaqda olan ətlərin üzərinə əlavə edərək qızarana qədər qovurun.
Göbələkləri yuyub ətin üzərinə töküb qovurun.
Yaşıl bibərləri təmizləyib incə-incə doğrayın.
Pomidorların qabıqlarını soyub küp şəklində doğrayın.
Ətin üzərinə əlavə edərık bir neçə dəqiqə qovurun.
Sonra tomatı əlavə edib 1 su stəkanı qədər qaynar su və ədviyyatları və duzu əlavə edərək 5-6 dəqiqə qaynadın.
Daha sonra bişən toyuq ətlərini ocaqdan alaraq uyğun bir soba qabına boşaldın.
Üzərinə holand pendiri əlavə edərək əvvəlcədən 180 dərəcə qızdırılmış sobada qızarana qədər bişirərək isti halda servis edin.

Nuş olsun!