Yazdırma Seçimləri:

Sobada holland pendirli kartof püresi

Verimlilik1 PorsiyaHazırlanma Müddəti20 dəqBişmə Vaxtı45 dəqÜmumi Vaxt1 saat 5 dəq

Lazım olan ərzaqlar
 7 ədəd kartof
 1 stəkan süd
 1 yemək qaşığı kərə yağı
 duz
 istiot
Üzəri üçün
 200 q rəndələnmiş holland pendiri
Hazırlanma qaydası
1

Kartofları təmiz-təmiz yuyun.
Qabıqları ilə birlikdə bişirin.
Bişirdikdən sonra kartofların qabıqlarını soyun.
İsti isti kartofları əzib püre edin.
Bir qazana əzilmiş kartof,süd, kərə yağı və ədviyyatları əlavə edin.
Bütün bunları qarışdıraraq vam odda bişirin.
Orta boy bir soba qabını yağlayın.
Hazırladığınız püreni soba qəlibinin içinə yığın və üzərini düzəldin.
Sonra pürenin üzərinə rəndələnmiş holland pendirini əlavə edin.
Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada pendirlər əriyənə qədər bişirin.
İsti-isti servis edin.

Nuş olsun!