Yazdırma Seçimləri:

Sobada Beşamel Soslu Lavaş

Verimlilik1 PorsiyaHazırlanma Müddəti10 dəqBişmə Vaxtı20 dəqÜmumi Vaxt30 dəq

Sobada Beşamel Soslu Lavaş

Lazım Olan Ərzaqlar
 4 ədəd lavaş
 200 q qiymə
 1 ədəd soğan
 5 ədəd yaşıl bibər
 2 ədəd pomidor
 ½ stəkan duru yağ
 1 stəkan holland pendiri
 duz
 pul bibər
 kəklikotu
Beşamel Sos Üçün Lazım Olan Ərzaqlar
 2 stəkan süd
 2 yemək qaşığı un
 Duru yağ
Sobada Beşamel Soslu Lavaş Hazırlanma Qaydası
1

✅ Duru yağda soğan və qiyməni qovurun.
✅ Yaşıl bibər və pomidoru əlavə edərək çox qovurmadan duz, bibər, kəklikotunu da əlavə edib ocağın altını söndürün.
✅ Lavaşların yanlarındaki artıqları kəsin.
✅ Hazırladığınız qiyməli sosu lavaşın içinə yayıb rulon kimi bükün.
✅ Sobanı 200 dərəcəyə qədər qızdırın.

Beşamel Sosun Hazırlanması
2

✅ Beşamel sos hazırlamaq üçün duru yağda unu qovurun.
✅ Südü yavaş-yavaş əlavə edərək qatılaşana qədər qarışdırın.

3

Sobada Beşamel Soslu Lavaş

✅ Hazırlamış olduğunuz lavaşların üzərinə beşamel sosu sürtərək üzərini holland pendiri ilə örtərək sobaya verin.
✅ Holland pendiri tamam əridikdən sonra sobadan çıxardıb servis edə bilərsiniz.