Yazdırma Seçimləri:

Sobada Manqal Keyfi: Toyuq Kababı

Verimlilik1 PorsiyaHazırlanma Müddəti20 dəqBişmə Vaxtı35 dəqÜmumi Vaxt55 dəq

Fırında manqal keyfi

Toyuq Kababı Üçün Lazım Olan Ərzaqlar
 500 q sümüksüz toyuq əti
 1 ədəd iri soğan suyu
 2 yemək qaşığı qatıq
 3 diş sarımsaq
 1,50 stəkan zeytun yağı
 duz
 istiot
 qırmızı bibər
 kəklikotu
 1 dəstə bibəriyyə
Toyuq Kababının Araları Üçün
 1 ədəd bibər
 1 ədəd kabak
 1 ədəd soğan
 100 q göbələk
 duz
 istiot
 2 yemək qaşığı zeytun yağı
Toyuq Kababı Üçün Lazım Olan Ərzaqların Yığlıması
1

✅İstifadə edəcəyiniz toyuq döşünü yuyub süzməyə qoyun.
✅İstifadə edəcəyiniz qatığı kasaya yığın.
✅Lazım olacaq sarımsaqları soyub kasaya yığın.
✅Lazım olacaq duzu bir kasay yığın.
✅İstifadə edəcəyiniz ədviyyatları kasaya yığın.
✅Göbələkləri təmizləyib yuyaraq bir az suda saxlayın.
✅İstifadə edəcəyiniz soğanı soyub kasay yığın.
✅İstifadə edəcəyiniz istiotu kasaya yığın.
✅İstifadə edəcəyiniz bibəri yuyub tumunu təmizləyərək mətbəx dəsmalının üzərinə yığın.
✅İstifadə edəcəyiniz kabakları yuyub mətbəx dəsmalının üzərinə yığın.

Toyuq Kababı Üçün Lazım Olan Ərzaqların Hazırlanması
2

✅Toyuq döşünü quşbaşı doğrayın.
✅Sarımsaqları rəndələyin
✅Bibəri və kabakları orta qalınlıqda doğrayın.
✅İstifadə edəcəyiniz soğanın suyunu sıxın.

Toyuq Döşünün Kabab Üçün Hazırlanması
3

✅ Dərin bir qabın içərisində quşbaşı şəklində doğranmış toyuq döşünü yığın.
✅ Üzərinə zeytun yağı, qatıq, soğan suyu, rəndələnmiş sarımsaqları , duz və ədviyyatları da əlavə edərək qarışdırın.
✅ Bu toyuqların üzərinə strec film çəkərək soyuducuda ən azından 1 saat saxlayın.

Şiş Kababın Hazırlanması
4

✅ Göbələk xaric digər bütün ərzaqları orta qalınlıqda doğrayın.
✅ Duz, istiot və zeytun yağı ilə qarışdırın.
✅ Çöp şişlərə toyuqları və tərəvəzləri bir-bir keçirin.
✅ Bütün ərzaqlar bitənə qədər beləcə davam edin.

Toyuq Kababının Bişirilməsi
5

✅ Bir soba sinisinə yağlı kağız sərin.
✅ Sobanın orta hissəsinə bu sinini yerləşdirin.
✅ Şişləri soba telinin üzərinə düzün.
✅ Sobanı əvvəlcədən 180 dərəcədə 5 dəqiqə qədər qızdırın.
✅ Ardından telin üzərinə çöp şişləri düzərək bişməyə qoyun.
✅ Bəlli aralıqlarla yönlərini dəyişdirməyi çalışın.
✅ 20-25 dəqiqə qədər bu şəkilə bişirin.

Toyuq Kababının Servis Edilməsi
6

İsti-isti servis edə bilərsiniz.
Öz arzunuza görə süsləyərək servis edə bilərsiniz.

Nuş Olsun!