Sobada qiyməli kartofun hazırlanması:
Tavaya duru yağı alıb doğradığınız soğanları da əlavə edib azca qovurun.
Qovrulan soğanın üzərinə qiyməni əlavə edərək qovurmaya davam edin.
Qiymə qovrulduqdan sonra içərisinə sarımsaq, pomidor tomatı, bibər tomatı, rəndələnmiş pomidor, qırmızı toz bibər, istiot və duz əlavə edərək qarışdırın.
Son olaraq doğranmış cəfəri və suyu əlavə edib 1-2 dəqiqə bişirin.
Hazırladığınız qiyməli xərci ocaqdan alın.
Soba qəlibinizə dilimlədiyiniz kartofu düzün və qiyməli xərcimizin suyunu süzərək üzərinə yerləşdirin.
D şəklində kəsdiyiniz kartofları da dik bir şəkildə düzün.
Son olaraq qiyməli xərcdən qalan suyu kartofların üzərinə gəzdirin.
Soba qabının üzərini içəridən bişirmə kağızı ilə qapadın.Kağızın üzərindən isə folqa çəkin.
Belə olanda yemək buxarında bişəcəkdir.
Yeməyi 200°qızdırılmış sobada yarım saata yaxın bişirin.
Ardından sobadan alaraq üzərin açaraq 10 dəqiqə daha sobada üzərinin qızarması üçün bişirin.
Yeməyimiz hazırdır.
İsti-isti servis edin.