Yazdırma Seçimləri:

Sobada tərəvəzli toyuq

Verimlilik1 PorsiyaHazırlanma Müddəti35 dəqBişmə Vaxtı55 dəqÜmumi Vaxt1 saat 30 dəq

Fırında toyuq

Lazım olan ərzaqlar
 1 kq toyuğun istənilən yerindən
 4 ədəd kartof
 2 ədəd soğan
 2 ədəd pomidor
 bir neçə dənə bibər
 1 yemək qaşığı tomat
 arzu etdiyiniz ədviyyatlar
 yağ
 duz
Hazırlanma qaydası
1

Parçalara ayrılmış toyuğu bişirməzdən ən az bir saat əvvəl bastırma edin.
Bunun üçün yağı , tomatı, ədviyyatları qatıb qarışdırın.
İçinə toyuğu və doğranmış soğanları da qatın.
Bişirməyə başladığınız zaman kartofu, pomidoru, bibəri də doğrayıb onlara qarışdırın və soba sinisinə yerləşdirin.
İçərisinə bir stəkana yaxın su töküb,üzərini folyoyla örtüb sobaya verin.
Çıxartmağa yaxın,üzərini açın və bir az üzərini qızardın.

Nuş olsun!