Yazdırma Seçimləri:

Sobada toyuq budu dolması

Verimlilik1 PorsiyaHazırlanma Müddəti25 dəqBişmə Vaxtı30 dəqÜmumi Vaxt55 dəq

Toyuq budu dolması

Lazım olan ərzaqlar
 7 ədəd bütöv bud
 1,50 stəkan düyü
 0,50 stəkan duru yağ
 1 yemək qaşığı fıstıq
 2 yemək qaşığı quş üzümü
 duz
 istiot
 cəfəri
Sosu üçün
 2 yemək qaşığı duru yağ
 2 diş sarımsaq
 1 yemək qaşığı qatıq
 1 çay qayığı pul bibər
 1 çay qayığı istiot
 1 çimdik kəklikotu
 duz
Hazırlanma qaydası
1

Quş üzümünü yuyun,
20 dəqiqə isti suda saxlayın.
Düyünü yuyun.
Fıstıqla bərabər yağda bir az qovurun.
Qaynar suyu əlavə edib vam odda bişirin.
Plov suyunu çəkincə quş üzümlərini əlavə edin.
Möhkəm qarışdırın qazanın qapağını örtüb bir az gözləyin və kiçik- kiçik kəsilmiş cəfərini əlavə edin.
Bu arada toyuq budlarını hazırlayın.
Toyuq budlarını gözəlcə yuyun .
Üstündəki dərini qaldırmayın.
İti bir bıçaqla budun kənarında içini acmağa başlayın.
Bud hissəsinin yuxarısına doğru barmaqlarınızla bütün iç hissəsini cib kimi düzəldin.
Budların sosu ücün sarimsagi rəndələyin.
Qatıq ,pul bibər,istiot, kəklik otu və duzu möhkəm qarisdirin.
Uc hissəsini açdığınız budların içinə plovu doldurun və açıq hissəsini kürdanla bağlayıb hazırlamış olduğunuz sosa bulayın və kürdanlar altında qalacaq şəkildə soba torbasına yerləşdirib torbanın agzini azca aciq qalacak səkildə baglayin.
Budları soba tabağına da hazırladığınız sosu hər tərəfinə yaymaqla yığa bilərsiniz.
Üstünü alminium folqa ilə örtərək 200 dərəcə qızdırılmış sobada qızarana qədər bişirin.
İsti halda servis edin.

Nuş olsun!