Yazdırma Seçimləri:

Sobada yumurtalı çörək dilimləri

Verimlilik1 PorsiyaHazırlanma Müddəti10 dəqBişmə Vaxtı15 dəqÜmumi Vaxt25 dəq

Lazım olan ərzaqlar
 8 ədəd çörək dilimi
 3 ədəd pendir dilimi
 1 ədəd yumurta
 100 q holland pendiri
 100 q sucuq
 1 ədəd pomidor
 1 ədəd qırmızı bibər
 1 yemək qaşığı duru yağ
Hazırlanma qaydası
1

Pomidoru yuyun.
Sonra pomidor və sucuqları kiçik-kiçik doğrayaraq bir qaba yığın.
Digər ərzaqları da onların üzərinə əlavə edin.
Pendirləri də əlavə edərək tamamən əzin.
Bu qarışıqdan bir qaşıq çörək dilimlərinin üzərinə yaxın.
Bir soba sinisinə yağlı kağız sərin.
Kağızın üzərinə çörəkləri düzün.
Əvvəlcədən 200 dərəcə qızdırılmlş sobada 15 dəqiqə qədər üstləri qızarana qədər bişirin.
İsti-isti servis edin.

Noş olsun!